hemle

Qanun pozuntusuna qarşı ictimai qınaq olmalıdır” – Millət vəkili

Tarix:8-06-2020, 19:30
Baxış Sayı:422

“Hamımıza məlum olduğu kimi, pandemiya dövründə karantin rejiminin yükünü daşıyan əsas orqanlardan biri də polislər oldu.

Həmişəki kimi bu dəfə də onların işi çox ağır və məsuliyyətli idi. Ancaq öhdəsindən layiqincə gəldilər. Azərbaycan polisi həqiqətən nümunəvi davranış, böyük səbr və fədakarlıq göstərdi. Biz Azərbaycan polisinin humanistliyinin, insanlarla xoş rəftarının bir daha şahidi olduq. Onlar köməksiz insanlardan yardımlarını əsirgəmədilər. Onların bu davranışları xalq tərəfindən də böyük rəğbətlə qarşılandı, onlara olan inam və etimadı daha da artırdı”.

“Yeni Gündəm” xəbər verir ki, bunu sia-ya millət vəkili Ceyhun Məmmədov deyib.

Deputatın sözlərinə görə, bu gün hətta bir sıra inkişaf etmiş Qərb ölkələrində belə biz açıq polis zorakılığını görürük: “İnsanlar döyülür, gözləri çıxarılır, üzərlərinə avtomobil sürülür, qətlə yetirilirlər. Ancaq bu da reallıqdır ki, burada Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, beynəlxalq qurumların bu əməli pisləyən münasibətini görmürük. Təəssüf ki, bu məsələdə də ikili standartlar və qeyri-obyektivlik özünü açıq göstərir. Azərbaycanda baş verən ən kiçik hadisəyə belə reaksiya verən, böyüdən bu qurumlar bu dəfə də susdular, mövqe bildirmədilər.

Yeri gəlmişkən fürsətdən istifadə edib buradan vətəndaşlara müraciət edərək onları qaydalara tam əməl etməyə çağırıram. Dövlətin, polisin bir tələbi var, o da hər bir vətəndaşın qaydalara tam əməl etməsidir. Karantin rejiminin tezliklə bitməsi bilavasitə bizim özümüzdən asılıdır. Əgər tez bitməsini istəyiriksə, qaydalara tam əməl etməliyik. Bu daha çox özümüzə lazımdır. Vəziyyətin təhlili göstərir ki, xəstəliyin əhatə dairəsi daha da genişlənir. Qaydalara əməl etmədikcə virusa yoluxanların sayı daha da artacaq. Acı nəticələri daha çox hiss etməyə başlayacağıq. Metroda, eləcə də dünən Bakı küçələrindən birində bəzi vətəndaşlarımızın polisə daş və zibil atmasını müşahidə etmək bizim xalqa yaraşan deyildi. Vətəndaşların özlərində qanun pozuntusuna qarşı ictimai qınaq olmalıdır. Onlar qaydaları pozan vətəndaşları deyil, qaydaları əməl etməyən insanları qınamalı və kəskin münasibət bildirməli idilər. Odur ki, hər bir vətəndaşımız diqqətli olmalı, hadisələrə reallıq hissin itirmədən yanaşmalıdırlar. Polisin əsas vəzifəsi asayişin təmin olunması və sabitliyin qorunmasıdır ki, onu da uğurla həyata keçirir”.

Digər xəbərlər
10:05 Türkiyədən dünyanı silkələyən addım: Son dərəcə məxfi hazırlanıb - Okeanda sınaqdan keçiriləcək
10:02 Yunanıstandan təxribat: Rusiya silahlarını Ukraynaya vermədi - Ermənistana göndərir
10:01 Təcili: Dağıdıcı raketlərin Ermənistana çatdırıldığı təsdiqləndi - VİDEO
09:43 Necə qidalanaq ki, gözlərimiz ziyan görməsin?
09:40 Uşaqların kosmetika istifadəsinin fəsadları - Mütəxəssisdən XƏBƏRDARLIQ
09:34 Sinədə ağrılar ürək xəstəliklərindən başqa nəyin əlamətidir?
09:28 Cəmi 3 sualla Alsheymer xəstəliyini diaqnoz et
09:25 Qərb Rusiya ilə bağlı nədə səhvə yol verdi?