hemle

Göygöldə Hərbi Hissə uçurulub MN-in rəhbərliyini adı ilə talanır

Tarix:8-06-2020, 19:19
Baxış Sayı:585

Göygöldə şəhərin Heydər Əliyev prospektində yerləşən "N" saylı Hərbi Hissədə aparılan yeni tikinti işləri talançılığa, yüksək rütbəli zabitlərin əlavə qazanc yerinə dönüşdürülüb. Hərbi Hissənin sovet dövründə inşa edilmiş köhnə və yararsız binaları uçurulduqca, söküntüdən əldə olunan müxtəlif növ dəmir, daş, taxta və digər mal-material satılaraq talanır.
Demokratik.Az-ın əldə etdiyi məlumata görə, hərbi hissənin mayoru, bu işlərə nəzarət həyata keçirən Taleh Cumazadə və yandaşları bir neçə mülki şəxsləri və yük maşınlarını Hərbi Hissənin Topalhəsənli kəndi yoluna baxan hissəsinə cəlb edərək əldə olunan mal-materialı, dəmir-metal konstruksiyalarını dəyər-dəyməzə satmaqla məşğul olurlar. 10 tonlarla dəmiri, köhnə görkəmli ağ və qırmızı mişar daşlarını yerli sakinlərə və aracı şəxslərə satan mayorun bu cür özbaşına işləri hansı qanuni icazəyə dayanaraq etdiyini isə söyləmək çətindir.
Məlumatlı mənbənin sözlərinə görə, mayorun diqtəsilə uçurulan binadan çıxan və ümumi uzunluğu 100 metrlərlə ölçülə bilən dəmiryol relsləri də xırıd edilərək talanıb.
Maraqlı məqam odur ki, rəsmiləşdirilməyən və Hərbi Hissənin büdcəsinə heç bir xeyri dəyməyən bu işdə canfəşanlıq edən mayor tapşırığın Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyindən gəldiyini bildirərək heç kimdən qorxmadan hərəkətlər edir, "lazımsız və yararsız" adını qoyduğu mal-materialın satılması üçün HH-nin ərazisində tikinti materialları bazarı açır. Son günlər yük maşınlarının arxa giriş qapılarından Hərbi Hissənin ərazisinə girməsi isə, özbaşınalığın HH komandiri səviyyəsində olmasına dəlalət edir.
Son dəqiqələrdə aldığımız dəqiq məlumata əsasən, mayorla əlbir olub Hərbi Hissədən mal-material daşıyan maşınlarından biri ( AZ20-DZ-679 dövlət nömrə nişanlı) bir neçə saat əvvəl Göygöl polisinin əməliyyatçıları tərəfindən saxlanılıb.
Saxlanılan maşının nə daşıdığı və hara daşıması barədə polisdə araşdırmalar aparıldığı güman edilir.
İddialara görə, adıçəkilən polis mayoru həmin maşının polisdən buraxılması və qanunsuz daşımanın rəsmiləşdirilməməsi üçün hərəkətə keçib.
İnanaq ki, Göygöl polisi ləyaqətli davranacaq, Hərbi Hissədə baş verən özbaşınalıqları qanunamüvafiq qaydada sənədləşdirib Müdafiə Nazirliyinə və aidiyyatı üzrə prokurorluğa zəruri bilgilər verəcək...
Azərbaycan Müdafiə Nazirliyini isə, olaya həssas yanaşmağa, faktları aydınlaşdırmağa, HH-də köhnə binaların uçurulması zamanı ortaya çıxan mal-materiala rəsmən sahib çıxmağa çağırırıq.
Yox, əgər o satılanlar tullantıdırsa, onda o tullantıları bir mayor niyə özününküləşdirir, cibinə niyə pul qazanır?!
Yoxsa, inanacağıq ki, bir mayorun özbaşına yolla köhnə binanı uçurub satmasına nazirlik özü şərait yaradıb.
Bundan sonra başqa bir yozum da qalmır...
Mövzu diqqətimizdədir...
Demokratik.Az

Digər xəbərlər
12:23 92 fərdi evdə 400-ə yaxın sakinin yaşadığı bu kənddə qaz açılışı oldu - VİDEO
10:04 COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
10:01 Ukrayna Rusiyanın nə qədər ərazisinə nəzarət edir?
10:00 Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi
09:52 Vətəndaşların NƏZƏRİNƏ: bu əməliyyatı pulsuz etdirə bilərsiniz - VİDEO
09:50 Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı qapını kəsdirir
09:47 Yaxşı yatmağa kömək edəcək 3 "ŞAH" MƏHSUL
09:46 COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi - QƏTNAMƏ