hemle

ABŞ bu ölkənin vətəndaşlarına verilən bütün vizaları ləğv etdi - SƏBƏB

Tarix:6-04-2025, 21:57
Baxış Sayı:440

ABŞ Dövlət Departamenti Cənubi Sudan vətəndaşlarına verilən vizaların ləğvi və viza verilməsi prosedurunun da dayandırılması barədə qərar verib.

Bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.

O, Cənubi Sudan hökumətini “ABŞ-dan istifadə etməkdə” günahlandırıb. Belə ki, Cənubi Sudanın keçid hökumətinin ABŞ-dan repatriasiya edilən vətəndaşlarını qəbul etməməsi qarşı tərəfi qəzəbləndirib.

“Ölkəmizin immiqrasiya qanunlarının tətbiqi ABŞ-ın milli təhlükəsizliyi və ictimai təhlükəsizliyi üçün çox vacibdir. Başqa bir ölkə deport edilən vətəndaşlarını vaxtında qəbul etməlidir", - Rubio vurğulayıb.

Dövlət katibi Cənubi Sudan hökumətinin tam əməkdaşlığa razılıq verəcəyi təqdirdə viza qərarına yenidən baxıla biləcəyini də diqqətə çatdırıb.

Qeyd edək ki, bir ölkənin vətəndaşlarına verilən bütün vizaların ləğvi ABŞ tarixində ilkdir.

Digər xəbərlər
21:56 Ermənistanın hərbi təcavüzü məhkəmədə - Tərtər döyüşlərinin şahidi danışdı
21:51 Hansı torpaqlar vətəndaşdan geri alına bilər? - AÇIQLAMA
21:49 Azərbaycanda ötən illə müqayisədə qohum evliliklərinin sayı necə dəyişib?
21:45 Elgün İbrahimovun ölümündə maraqlı məqam
19:21 "Azəriqaz” İB-də 28 May - Müstəqillik Gününə həsr olunmuş şahmat yarışı keçirilib
18:42 Azərbaycanın müstəqilliyinin 107 illiyi münasibəti ilə Türkdilli Dövlətlərin siyasətinə dəstək fondu kitab sərgisi keçirdi
10:52 Yaxın 5 il ərzində baş verəcək - Dünyanı görün hansı təhlükə gözləyir
10:48 Nazirlik valideynlərin narazılığına səbəb olan qərarı ləğv etdi