hemle

Cüdoçularımız Avropa Kubokunda 2 qızıl və 2 bürünc medal qazanıblar

Tarix:6-04-2025, 10:47
Baxış Sayı:445

Gənc cüdoçulardan ibarət Azərbaycan yığması Polşanın Poznan şəhərində keçirilən Avropa Kubokunun ilk günündə uğurlu çıxış edib.

Millimizin dörd idmançısı fəxri kürsüdə yer almağı bacarıb.

60 kq çəki dərəcəsində iki cüdoçumuz medala sahib çıxıb. Fərid Qarayev bütün rəqiblərinə qalib gələrək, kürsünün ən yüksək pillədə yer alıb. Nihad Məmişov isə Avropa Kubokunda bürünc medal qazanıb.

Məhəmməd Musayev (66 kq) yarışda birinci olub. Abil Yusubov (73 kq) Avropa Kubokunda bürünc medal qazanıb.

Qeyd edək ki, hazırda yığma 4 medalla ümumi sıralamaya başçılıq edir. Turnirə 23 ölkədən 412 cüdoçu qatılıb.

Digər xəbərlər
13:39 İlham Əliyev Çinin CGTN telekanalına müsahibə verdi
13:29 Yeni müharibə başlayır? - AÇIQLAMA
13:25 Sabah 29 dərəcə isti olacaq
13:16 Azərbaycanda kartofla soğan buna görə bahalaşır: Səbəblər bəlli oldu
13:13 Süni intellektin yaratdığı problemlər: Manipulyasiya, fırıldaqçılıq...
12:43 Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın bu iddialarını rədd etdi
12:40 Azərbaycanda kommunal xidmətlərlə bağlı yenilik: Əhali nə əldə edəcək?
09:46 "WhatsApp" gələn ay bu 3 cihazdan silinəcək