hemle

Dünya çempionatı: Azərbaycanın bir cüdoçusu qızıl, digər idmançı bürünc medal qazanıb

Tarix:31-08-2024, 09:01
Baxış Sayı:527



Perunun paytaxtı Limada keçirilən yeniyetmələr arasında dünya çempionatında iştirak edən Azərbaycan cüdoçuları - Cəsur İbadlı və Mehdi Abbasov medallar qazanıblar.

Bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Məlumata görə, Cəsur İbadlı (73 kq.) qızıl medala sahib olub. Mehdi Abbasov (81 kq.) isə bürünc medal qazanıb.

Azərbaycan 5 çəki dərəcəsində 7 nəfərdən ibarət heyətlə təmsil olunur. Yeniyetmələrdən ibarət komandanın məşqçiləri Nicat Şıxəlizadə və Emin İskəndərovun rəhbərliyi altında yarışda Bahadır Feyzullayev, Məhəmmədəli Hüsiyev (50 kq), Nihad Məmişov (55 kq), Cəsur İbadlı (73 kq), Əli Qazıməmmədov, Mehdi Abbasov (81 kq) və Sübhan Axundov (90 kq) mübarizə aparırlar.

Dünən dünya çempionatında 2 çəki dərəcəsində 3 cüdoçumuz güclərini sınayıb. Yarışın üçüncü günündə oğlanlar arasında 73 kq. çəkidə Cəsur İbadlı, 81 kq. çəkidə Mehdi Abbasov və Əli Qazıməmmədov tatamiyə çıxıblar.

Qeyd edək ki, 49 ölkədən 405 idmançının qatılacağı turnir avqustun 28-dən 31-nə qədər keçirilir.

Digər xəbərlər
22:55 Xalq şairi Rəsul Rzanın ev-muzeyi açıldı
22:44 İyunun 2-də qaz kəsiləcək - Bu ərazilərdə
22:36 Böyük Britaniya Ukraynaya nüvə silahının hazırlanmasında kömək edə bilər
22:33 Nevroloji xəstəliklərin səbəbi və müalicəsi - Hansı əlamətlər insultdan xəbər verir?
22:23 Nazirlər Xankəndidə keçiriləcək zirvə toplantısını müzakirə etdilər - YENİLƏNDİ
18:58 XİN beynəlxalq ictimaiyyətə çağırış etdi
18:54 İyunun ilk gününün HAVASI
18:47 Sabahdan milyonlarla insan “WhatsApp” işlədə bilməyəcək