hemle

Sosial şəbəkələrdə təhqirə görə hansı cəzalar gözləyir?

Tarix:Dünən, 10:43
Baxış Sayı:445

Son illərdə sosial şəbəkələri insanlar tək əylənməyə yox, həmçinin saxta profillərlə təhqir eləmək üçün istifadə edirlər. Hər şeyin sosialda qalacağını düşünən insanlar, əslində, məsuliyyət daşıdıqlarını bəlkə də bilmirlər. 

Bəs sosial şəbəkələrdə təhqirə görə hansı məsuliyyəti daşıyırsınız? 

Məsələ ilə bağlı hüquqşünas Rəşad Əliyev açıqlama verib:

"Saxta hesab dedikdə öz adının olmadığı, şəxsiyyətini gizlətmək nəzərdə tutulur. Bu cür profillərdən təhqir edən şəxslər 1000 manatdan 2000 manata qədər cərimə, 360 saatdan 480 saata qədər ictimai işlərə cəlb oluna və ya 1 ilə qədər azadlıqdan məhrum oluna bilər. 

Əgər sizə olunan böhtan daha sərtdirsə, buna görə, daha ağır cəzalar nəzərdə tutulur. Bu halda 2 ilədək islah işləri, 3 ilədək azadlığın məhdudlaşdırılması və ya 3 ilədək həbs edilə bilər". 

Hüquq-mühafizə orqanları vətəndaşları sosial şəbəkələrdə diqqətli olmağa çağırır. 

Qeyd edək ki, təhqir və böhtana məruz qalan şəxs mülki qaydada məhkəməyə müraciət edə bilər. Həmçinin dəymiş maddi ziyana görə kompensasiya tələb edə bilər.

Digər xəbərlər
10:22 6 saatdan az yatmağın təhlükəli nəticələri açıqlanıb
10:16 Kərə yağı bahalaşdı - AÇIQLAMA
10:14 Microsoft: "İnsanlar süni intellekt səbəbi ilə sürətlə axmaqlaşırlar"
10:08 Ombudsman: 392 nəfər Ermənistanın mina terrorunun qurbanı olub
10:05 Bu gün Arayik və erməniəsilli digər şəxslərin məhkəməsi davam edəcək
09:58 Müharibə başlayır, bu Avropa ölkəsi qorxu içindədir: Əhali “qara gün çamadan”ını hazırlayır
09:45 Bu gün hava necə olacaq?
09:36 Bakının iki rayonunda qaz olmayacaq