hemle

Uşaqlıqda antibiotiklərin təsiri diabetə səbəb ola bilər: Alimlərdən xəbərdarlıq

Tarix:27-03-2025, 10:29
Baxış Sayı:556

Körpəlik dövründə antibiotiklərin qəbulu mədəaltı vəzi hüceyrələrinin (beta-hüceyrələrin) inkişafını ləngidə və gələcəkdə şəkərli diabet riskini artıra bilər.

Kolorado Universitetinin alimləri apardıqları tədqiqatlardan sonra bu nəticəyə gəliblər. Araşdırmanın nəticələri "Science" jurnalında dərc edilib.

Tədqiqatçılar izah edirlər ki, beta-hüceyrələr doğuşdan az miqdarda olur, lakin müəyyən yaşda sürətlə çoxalmağa başlayır. Antibiotiklərin bu dövrdə orqanizmə təsiri bu prosesi poza bilər.

Eksperimentlər göstərib ki, bəzi bağırsaq mikrobları beta-hüceyrələrin artımını və insulin istehsalını gücləndirir. Xüsusilə "Candida dubliniensis" adlı göbələk bu baxımdan ən güclü təsirə malik olub.

Mikrobiotanın rolu daha bir təcrübədə sübut edilib: 7-12 aylıq sağlam körpələrin bağırsaq mikrobları yeni doğulmuş siçanlara köçürüləndə, onların beta-hüceyrələri böyüməyə başlayıb. Bu yaş dövründən kənar mikroblar isə belə təsir göstərməyib.

Bundan əlavə, birinci tip diabetə genetik meyilli siçanlar bu göbələklə yoluxdurulduqda, onların cəmi 15%-də xəstəlik inkişaf edib, halbuki mikrobsuz mühitdə saxlanılan siçanların 90%-i diabetə tutulub.

Eyni zamanda, antibiotik qəbul edən siçanlarda qan şəkəri yüksəlib, insulin səviyyəsi azalıb və metabolik pozuntular müşahidə edilib.

Alimlər bildirirlər ki, bu təsirlər insanlarda da ola bilər, lakin bunun dəqiq təsdiqi üçün əlavə tədqiqatlar aparılmalıdır.

Digər xəbərlər
11:15 Ayağında elektron qolbaq var imiş...
11:11 Paşinyan qaçacaq, Ermənistan... - Jirinovskinin dəhşətli proqnozu gündəmdə
11:08 Azərbaycanda məktəbdə kütləvi zəhərlənmə
10:59 Smartfonların tez enerji itirməsinin əsas SƏBƏBLƏRİ
10:55 İki stansiyanı birləşdirəcək yeni tunelin tikintisi 11 AY ÇƏKƏCƏK
10:51 Metropoliten "28 May"la bağlı bütün suallara aydınlıq gətirdi
10:03 Avropa İttifaqı və Çin bu ölkəyə qarşı BİRLƏŞİR
09:58 Mövqelərimiz Tovuzqala istiqamətindən atəşə tutuldu