hemle

Türkiyədə hadisə yerindən canlı yayım QADAĞAN EDİLDİ

Tarix:23-03-2025, 10:34
Baxış Sayı:440

Türkiyədə telekanallar İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlunun barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəmə qərarının gözlənildiyi İstanbulda mitinq, etiraz aksiyaları və Ədalət Sarayından canlı yayımı dayandırıb.

Bu, ölkənin Radio və Televiziya Ali Şurasının (RTÜK) xəbərdarlığından sonra edilib .

Qeyd olunub ki, bu, dövlət, özəl və müxalifət telekanallarına aiddir. İndi kanallarda ekspertlər vəziyyəti studiyadan canlı müzakirə etməyə davam edir, lakin siyasətçilərin çıxışlarının və ya əvvəlki hadisələrin yazıları yayımlanır.

Bir sıra kanallar müxbirlərin canlı yayımını yalnız son xəbər blokları çərçivəsində təqdim ediblər.

Xatırladaq ki, İmamoğlu martın 19-da korrupsiya ittihamı ilə həbs edilib və növbəti 4 gün müddətinə həbs edilib. O, müxalif Cümhuriyyət Xalq Partiyasının liderlərindən biri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın əsas siyasi rəqibidir.

Həbsindən bir neçə gün əvvəl İmamoğlunun diplomu ləğv edilib. Türkiyə qanunvericiliyinə görə, ali təhsili olmayan şəxs prezident postuna seçilə bilməz.

İstanbul Baş Prokurorluğu tərəfindən İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və digər 99 şübhəli barəsində “cinayətkar təşkilata rəhbərlik”, “cinayətkar təşkilata üzvlük”, “korrupsiya”, “rüşvət alma”, “fırıldaqçılıq”, “qanunsuz olaraq şəxsi məlumatların əldə edilməsi” və “tenderi saxtalaşdırma” cinayətləri ilə bağlı istintaq başladılıb, onun və digər şəxslər "PKK/KCK terror təşkilatına yardım" ittihamı üzrə cinayət işi davam edir.

Digər xəbərlər
11:07 Parkinson xəstəliyi ilə bağlı vacib məqam
11:03 Abşeron, Qobu və Masazırda silah-sursat aşkarlandı
10:42 Trampın nümayəndəsindən qurxunc təklif - Ukrayna 3 yerə bölünsün
10:39 Tələb çox, say az: Bakıda evlərin bahalaşması qaçılmazdır
10:33 Yeni DƏLƏDUZLUQ: Xəbəriniz olmadan adınıza necə kredit götürürlər?
10:30 "Crocus"dakı terror aktının dəhşətli TƏFƏRRÜATI: Təkcə odlu silahdan istifadə edilməyib
10:23 Mövqelərimiz Basarkeçər və Gorus istiqamətlərindən atəşə tutuldu
10:20 Bakı əhalisi üçün həyəcan anonsu