hemle

Meral Akşener “altılı masa”nı tərk etdi - Kılıçdaroğluna görə

Tarix:3-03-2023, 17:26
Baxış Sayı:167

Türkiyədə müxalifət liderlərindən ibarət “altılı masa”ya daxil olan partiyalardan biri İYİ partiyasının idarə heyətinin bu gün iclası keçirilib.

İclas partiyanın sədri Meral Akşenerin iştirakı ilə baş tutub.

İclasdan sonra Meral Akşener dünən “altılı masa”da prezident seçkilərinə vahid namizədin müəyyən edilməsi ilə bağlı keçirilən müzakirələrdən danışıb.

Onun sözlərinə görə, 5 partiya namizəd olaraq Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu təklif edib. Bu partiyalar Kılıçdaroğlunun namizədliyini dəstəkləsə də, İYİ partiyası öz namizədlərini irəli sürüb. Bunlar isə Ankara Böyük şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş və İstanbul Böyük şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu olub. Buna baxmayaraq, digər partiyalar Mansur Yavaş və Əkrəm İmamoğlunun namizədliyini qəbul etməyib.

Danışıqlardan narazı qalan M.Akşener partiyasının “altılı masa”nı tərk etdiyini açıqlayıb.

Xatırladaq ki, martın 2-si Türkiyədə müxalif partiya liderlərindən ibarət “altılı masa” iclas keçirib. İclasın gündəliyində əsas olaraq “altılı masa”nın ölkədə keçiriləcək prezident seçkilərinə vahid namizədinin müəyyən edilməsi daxil edilib. Sözügedən namizədin adının martın 6-sı keçiriləcək növbəti iclasda elan ediləcəyi gözlənilir. Bununla yanaşı, Ə. İmamoğlu namizədliyi ilə bağlı yayılan məlumatlara münasibət bildirərək seçkilərdə namizəd olmayacağını qeyd edib.

Qeyd edək ki, “altılı masa”ya Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu, İYİ Partiyasının sədri Meral Akşener, Demokratiya Partiyasının sədri Gültekin Uysal, Saadet partiyasının sədri Temel Karamollaoğlu, DEVA Partiyasının sədri Ali Babacan və Gelecek Partiyasının sədri Ahmet Davutoğlu daxil idi.

Digər xəbərlər
09:35 Nüvə partlayışı zamanı harada gizlənək? - Alimlər müəyyən yerləri sadaladılar
09:27 "YouTube"dan bəzi istifadəçilərə qarşı sərt sanksiyalar
09:23 Bu gün 33 dərəcə isti olacaq
09:18 Türkiyədən hərbi sahədə NÖVBƏTİ UĞUR - İlk yerli atom sualtı qayığı...
09:15 Bu cihaz sayəsində ölümcül xəstəliklərdən qurtulmaq olacaq - TİBBDƏ İNQİLAB
19:47 Sabahın havası ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
19:43 Milli Məclis önündə insident: İdmançı "Lexus"la qadın sürücünün qarşısını kəsdi
19:33 Pensiyalar ilə bağlı vacib MƏLUMAT