hemle

“6-lı masa” hakimiyyətə gələrsə, Azərbaycanla siyasəti necə quracaq? - Sənəd açılqlandı

Tarix:31-01-2023, 10:20
Baxış Sayı:131

Türkiyədə müxalif “6-lı masa” - “Millət İttifaqı” prezidentliyə vahid namizədini elan etməyə hazırlaşır. Fevralın 13-də müxalifətin hakimiyyət uğrunda siyasi yarışda hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın qarşısına kimi çıxaracağı məlum olacaq.

“6-lı masa”da təmsil olunan partiyaların nümayəndələri indidən iddialı bəyanatlar verir, hakimiyyətə gələcəkləri təqdirdə ediləcək dəyişikliklərdən söz açırlar.

Bu baxımdan “Millət İttifaqı”nın xarici siyasətdə Azərbaycanla münasibətləri hansı konteksdə qurulacağı da maraq doğurur.

hemlemedia.az xəbər verir ki, dünən Ankarada “Millət İttifaqı” “Ümümi Siyasət üzrə Anlaşma Mətni”nin təqdimatını keçirib.

Sənəddə müxalifətin Azərbaycanla münasibətlərə dair xüsusi bölmə də var.

Orada bildirilir ki, Azərbaycanla qardaşlıq əlaqələri qarşılıqlı güvənə əsaslanaraq daha da gücləndiriləcək. Sənəddə Türkiyə ilə Ermənistan arasındakı problemlərin həllinə yönəlmiş addımların qərarlılıqla davam etdiriləcəyi, Azərbaycan və Ermənistan arasındakı atəşkəsin qalıcı sülhə çevrilməsinə Türkiyənin töhfə verəcəyi qeyd olunur.

Bununla da “Millət İttifaqı” Azərbaycanla bağlı Türkiyənin dövlət siyasətinin dəyişməyəcəyini, təxminən indiki hökumətin siyasətinin davam etdirələcəyini bildirib.

“Millət İttifaqı” Türk Dövlətləri Təşkilatını gücləndirəcəyini də vəd edib.

Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkiləri bu il mayın 14-də keçiriləcək.

Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) prezidentliyə vahid namizədi bəllidir. AKP-nin Milliyətçi Hərəkat Partiyası (MHP) ilə birgə yaratdığı “Cümhur İttifaqı”nın prezidentliyə vahid namizədi hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğandır.

Kemal Kılıçdaroğlu (Cümhuriyyət Xalq Partiyası -CHP), Meral Akşener (İYİ Partiya), Temel Karamollaoğlu (Səadət Partiyası), Ahmet Davutoğlu (Gələcək Partiyası), Ali Babacan (DEVA Partiyası) və Gültekin Uysalın (Demokrat Partiyası) birləşdiyi “Millət İttifaqı”nın vahid namizədi fevralın 13-də elan ediləcək.

Digər xəbərlər
12:11 Ekspert qlobal istiləşmənin əsas səbəbini AÇIQLADI
12:04 Yeni bir 11 sentyabr hücumu planlaşdırılır? - Gizli hesabat
11:52 Bu gün 33 dərəcə isti olacaq
11:36 Rusiya ABŞ və İrana görə HƏRƏKƏTƏ KEÇDİ
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı