hemle

AZƏRBAYCANIN BU KƏNDİNDƏ KORONAVİRUS TÜĞYAN EDİR — İNSANLAR KƏNDDƏN ÇIXARILIR? – AÇIQLAMA

Tarix:6-06-2020, 18:00
Baxış Sayı:347

“Xəbərin içinə baxmadan yalan məlumat paylaşırlar. Əvvəlcə içini oxusunlar, sonra paylaşsınlar”.
ONN media xəbər verir ki, bu sözləri Sputnik Azərbaycan-a DİN-in Mətbuat Xidmətinin Quba rayonundakı regional qrupunun rəhbəri Nizami Həmidov deyib. Onun sözlərinə görə, bir neçə gün öncə Operativ Qəraragahında açıqlamasında Xaçmazın Köhnə Xaçmaz kəndində koronovirusa yoluxma hallarının çox olması ilə bağlı qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı məlumat verilib. Amma bəzi saytlarda “kənd karantinə alınıb, və yaxud insanların kənddən çıxışı məhdudlaşdırılıb” kimi başlıqlarla xəbərlər gedib:

“Köhnə Xaçmaz kəndində virusa yoluxma hallarının çox olması və qabaqlayıcı tədbirlər keçirildiyi barədə məlumatı biz yaymışıq. Açıb bir bizim yolladığımız xəbərə baxsınlar görək, kəndin içərisində karantinə salınma ilə bağlı məlumat verilib? Biz sadəcə məlumat vermişik ki, polis əməkdaşları tərəfindən dərhal qabaqlayıcı tədbirlər görülüb, digər dövlət orqanlarının nümayəndələri ilə birlikdə dezinfeksiya işləri həyata keçirilib”.

“Bundan əlavə şöbə əməkdaşları tərəfindən kənd sakinləri ilə maarifləndirici və izahedici söhbətlər aparılıb, sosial məsafənin qorunması üçün lazımi tədbirlər yerinə yetirilib. Həmçinin, marşrut xətləri ilə hərəkət edən bütün avtobuslara nəzarət gücləndirilib, maskasız hərəkət edən sakinlərə tibbi maskalar paylanılıb” – Həmidov əlavə edib.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
17:04 "ChatGPT"dən yeni alış-veriş funksiyası - "Google"a rəqabət artır
17:01 Vardanyanın məhkəməsində zərərçəkmiş şəxs: Erməni silahlı dəstələrinin hücumu zamanı 14 hərbçi yoldaşım şəhid oldu
16:55 Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
16:51 Sabah 21° isti olacaq
16:48 Nəzarətdən çıxır: ABŞ-da yeni təhlükəli pandemiya barədə xəbərdarlıq edildi
16:44 Vətəndaşların nəzərinə: Bu halda 960 manat müavinət ala bilərsiniz
16:40 Estoniyada erməni keşiş Paşinyana qonşularla sülh arzuladı: II Qaregin dəli oldu
16:29 Birlik əməkdaşları və ailə üzvlərinin Mərkəzi Nəbatat Bağına gəzintisi baş tutub