hemle

SOCAR-ın “Azəriqaz” İB gücləndirilmiş iş rejimində abonentlərə xidmət göstərəcək

Tarix:20-03-2025, 12:19
Baxış Sayı:603




Bayram günləri ilə əlaqədar “Azəriqaz” İB qeyri-iş günlərində gücləndirilmiş iş rejiminə keçəcək. Birliyin Bakı Regional Qazın Satışı Departamentinin (BRQSD) Qazın balansı, satışı və müştəri xidmətləri şöbəsi və Sumqayıt QİS-in Müştəri xidməti şöbəsi 20-31 mart tarixlərində saat 10:00-dan 16:00-kimi fəaliyyət göstərəcək. Xidmət Sabunçu, Xəzər, Qaradağ və Abşeron xidmət sahələrində təşkil olunacaq. Həmçinin 20-24 və 29-31 mart tarixlərində BRQSD-nın və Sumqayıt QİS-in inzibati binalarında da vətəndaşlara xidmət göstəriləcək.
“ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərində isə 20-24 və 29-31 mart tarixləri qeyri-iş günüdür. Mərkəzlərdə 25-28 mart tarixlərində vətəndaşlara xidmət göstəriləcək.
Abonentlərin nəzərinə çatdırırıq ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 104/185 Çağrı Mərkəzinə zəng edə və ya (+99477) 3 104 104 saylı daim aktiv rejimdə çalışan “Whatsapp” nömrəsinə də mesajlarını göndərə bilərlər.

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ