hemle

SOCAR-ın "Azəriqaz” İstehsalat Birliyi bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq

Tarix:30-12-2024, 12:49
Baxış Sayı:450



"Azəriqaz" İB Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq. Bayram günlərində Birliyin Bakı Regional Qazın Satışı Departamentinin (BRQSD) Qazın balansı, satışı və müştəri xidmətləri şöbəsi 30, 31 dekabr və 2025-ci il yanvar ayının 01-05 tarixlərində fəaliyyət göstərəcək. Xidmət Qaradağ, Xəzər və Sabunçu xidmət sahələrində təşkil olunacaq. Departamentin inzibati binasında isə (Nizami rayonu, Babək pr. 21/24) bu proses daim diqqətdə saxlanılmaqla yarana biləcək problemlər dərhal aradan qaldırılacaq.
BRQSD-nın inzibati binasında 30.12.2024 – 03.01.2025, həmçinin 05.01.2025-ci il tarixlərində saat 10:00-dan 16:00-dək, Sabunçu və Xəzər Xidmət sahələrində 30.12.2024 – 04.01.2025-ci il tarixlərində saat 10:00-dan 15:00-dək, Qaradağ Xidmət sahəsində isə 30.12.2024 – 05.01.2025-ci il tarixlərində saatı 10:00-dan 15:00-dək abonentlərə xidmət göstəriləcək.
Qeyd edək ki, bölgələrdə də eynilə növbəlilik tətbiq etməklə Birliyin müvafiq sayda əməkdaşları iş başında olacaq.
Abonentlərin nəzərinə çatdırırıq ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 104/185 saylı Çağrı Mərkəzinə məlumat versinlər. Bundan başqa (+99477) 3 104 104 saylı daim aktiv rejimdə çalışan "Whatsapp" nömrəsinə də mesajlarını göndərə bilərlər.
"Azəriqaz" İstehsalat Birliyi Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edir.

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ