hemle

İrəvan üçün kabus bundan sonra başlayır: Əliyev bu əraziləri də tələb edir

Tarix:19-03-2025, 11:35
Baxış Sayı:489

İrəvan Azərbaycanla sülh müqaviləsi layihəsinin mətninin təsdiq edildiyini elan etdikdən sonra Ermənistanda bu yöndə geniş müzakirələr başlayıb.

Ermənistan mətbuatında bu məsələ ilə bağlı müxtəlif versiyalar səslənir.

Bəzi politoloqlar iddia edirlər ki, İrəvan üçün əsl kabus bundan sonra başlayacaq.

“Hraparak” qəzeti mənbələrinə istinadən yazıb ki, Əliyev nə dəhliz məsələsindən, nə Konstitusiyanın dəyişdirilməsindən, nə də azərbaycanlıların Ermənistana və anklavlara köçürülməsi ideyasından əl çəkmir.

“Parlamentin son qapalı iclaslarından birində Nikol Paşinyan komandasına bildirib ki, Əliyev Kərkini, eləcə də Qazaxın anklav olan 3 kəndini tələb edir. “Yerkrapah” təşkilatının sədri, KP İdarə Heyətinin üzvü Sasun Mikaelyan qapalı iclasda Paşinyana sual verib: “Kərkini Artsvaşenlə (Başkənd) əvəz etmək olmazmı? Aydındır ki, Kərkinin alınması ilə Sünik və Vayots Dzorun (Dərələyəz) Ermənistanın qalan hissəsi ilə əlaqəsi kəsiləcək”.

Paşinyan bu sualdan hiddətlənib: “Siz məni cinayətə sövq edirsiniz? Mən Ermənistan Respublikasına məxsus ərazi ilə bağlı birtərəfli qərar qəbul edib öz imzamla Artsvaşeni Azərbaycanın tərkibinə necə verə bilərəm?”, - nəşr yazıb.

Digər xəbərlər
11:07 Parkinson xəstəliyi ilə bağlı vacib məqam
11:03 Abşeron, Qobu və Masazırda silah-sursat aşkarlandı
10:42 Trampın nümayəndəsindən qurxunc təklif - Ukrayna 3 yerə bölünsün
10:39 Tələb çox, say az: Bakıda evlərin bahalaşması qaçılmazdır
10:33 Yeni DƏLƏDUZLUQ: Xəbəriniz olmadan adınıza necə kredit götürürlər?
10:30 "Crocus"dakı terror aktının dəhşətli TƏFƏRRÜATI: Təkcə odlu silahdan istifadə edilməyib
10:23 Mövqelərimiz Basarkeçər və Gorus istiqamətlərindən atəşə tutuldu
10:20 Bakı əhalisi üçün həyəcan anonsu