hemle

Ermənistandan Rusiya ilə bağlı U dönüşü - Paşinyan gizli tapşırıq verdi

Tarix:4-03-2025, 14:05
Baxış Sayı:441

Ermənistan xarici siyasət kursunu yenidən Rusiyaya doğru dəyişir.

Rəsmi İrəvan Avropa İttifaqına üzvlük məsələsini təxirə salıb.

“Hraparak” nəşri yazır ki, Ermənistan parlamentinin dünən Avropa İttifaqına daxil olmaq prosesinin başlanması haqqında qanun layihəsinin ikinci oxunuşda qəbulunu 2 ay müddətinə uzadıb: “Layihənin ümumiyyətlə təxirə salındığı haqda da məlumatlar var. Parlamentin Avropaya inteqrasiya komitəsi hökumətin təkliflərini qapalı formatda müzakirə etmək qərar verib, sonra yarım saatlıq fasilə elan edilib, lakin fasilə iki saata yaxın davam edib. Bundan sonra komitənin sədri Arman Yeqoyan bildirib ki, müzakirələr uzandığı üçün layihəni saat 12:00-a qədər qəbul edə bilməyiblər. Buna görə növbəti gündəliyə daxil edilməyib. Yəni qanun layihəsi bu gün başlayan dördgünlük iclasın gündəliyinə salınmayıb”.

Yeqoyan bildirib ki, məsələ texniki səbəbdən qaynaqlanır: “Bu layihə martın 4-də yox, martın 25-də başlayacaq növbəti dördgünlük sessiyada parlamentin plenar iclasında səs qoyulacaq”.

Nəşr hökumətdəki mənbələrinə istinadən yazır ki, əsas səbəb Rusiyanın mövqelərinin gücləndiyi vaxtda Ermənistanın Qərbə tələsik yaxınlaşmaq siyasətinin təxirə salınmasıdır.

“Artıq bir neçə gündür Xarici İşlər Nazirliyinə rusiyalı həmkarları ilə paralel əlaqələri və əməkdaşlığı bərpa etmək tapşırılıb. Təbii ki, bir müddət rusofobik hisləri şifahi səviyyədə saxlayacaqlar, lakin reallıqda fərqli hərəkət edəcəklər. Parlamentin spikeri Alen Simonyanın MDB Parlamentlərarası Assambleyasının II Dünya müharibəsində qələbənin 80-ci ildönümünə həsr olunmuş iclasında iştirakı da təsdiqlənib”, - nəşr qeyd edir.

Digər xəbərlər
21:49 Ev "apteçka"sındakı 5 ən təhlükəli dərman AÇIQLANDI
21:44 Sərhəddə nə baş verir? - Tovuz rayonu istiqamətində..
21:42 "Kartdan karta" köçürmə edənlərin DİQQƏTİNƏ
21:39 “Hər iki dəqiqədə bir hamilə qadın ölür”: ÜST-dən dəhşətli statistika
21:34 David Babayandan daha bir etiraf: Sadə pasportlarımız kimi, diplomatik pasportlar da...
21:32 Xəzərə tullantı su axıdan qurum cəzalandırıldı
21:29 İran nüvə silahı yaratmaq niyyətindən danışıb: Heç vaxt...
21:26 BMT-dən Qarabağdakı mina partlayışlarına reaksiya