hemle

Ermənistan Aİ-yə üzv olmaq istəyir: 50 min imza lazımdır

Tarix:16-09-2024, 09:27
Baxış Sayı:450



Ölkədə rəsmi olaraq Ermənistanın Avropa İttifaqına daxil olması məsələsi ilə bağlı imzaların toplanmasına başlanılıb.

Bu barədə "RİA Novosti" məlumat yayıb.

Bildirilib ki, sentyabrın 11-də Respublika Mərkəzi Seçki Komissiyası Ermənistanın Aİ-yə daxil olması haqqında qanun layihəsinin parlamentin müzakirəsinə çıxarılması üçün təşəbbüs qrupunun yaradılması təklifini təsdiqləyib.

Ölkədə imzaların toplanması 2024-cü il sentyabrın 16-dan noyabrın 14-dək aparılmalıdır. Nəşr bildirir ki, qanun layihəsinin baxılmağa təqdim edilməsi üçün Ermənistan vətəndaşlarının 50 min imzası toplamaq lazımdır.

Əgər bu mümkün olarsa, lakin parlament qanun layihəsini təsdiq etməzsə, o zaman təklifin referenduma çıxarılması üçün təkrar imza toplanması nəzərdə tutulur. Bunun üçün 300 min imza toplamaq lazım gələcək.

Sentyabrın 9-da Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Komissiyasının rəhbərinin müavini Marqaritis Şinasla görüşdə bildirib ki, Ermənistan və Avropa İttifaqı viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlara başlayır.

Digər xəbərlər
12:23 "Azəriqaz" İB-nin baş direktoru Kürdəmir rayonunda vətəndaş qəbulu keçirib
21:54 Rusiya 1200 ukraynalının cəsədini geri qaytarıb
21:53 İsrail-İran gərginliyinə görə Həcc ziyarətindən qayıdan zəvvarlarımız çətin vəziyyətə düşdülər
21:52 Xameneinin iqamətgahlarından biri raketlə vurulub
21:51 "WhatsApp"dan YENİLİK
21:49 “Uber Azərbaycan” şirkəti və direktoru cərimələndi
21:47 Bu küçə və prospektlərdə hərəkət məhdudlaşdırılacaq
21:44 Bakı-Naxçıvan avtobus reysləri fəaliyyətini dayandırdı