hemle

Paşinyan Aİ-yə üzvlüklə bağlı referendumun keçirilməsinə münasibət bildirdi

Tarix:1-07-2024, 15:00
Baxış Sayı:675

Paşinyan Aİ-yə üzvlüklə bağlı referendumun keçirilməsinə münasibət bildirdi
Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqına (Aİ) daxil olmaq üçün referendumun keçirilməsini yersiz hesab edir. Lakin əmindir ki, ölkə əhalisinin Avropa istəkləri var.

"Bizə deyirlər ki, xalqın Aİ-yə üzv olmaq ideyasını dəstəklədiyini göstərmək üçün referendum keçirməliyik. Mən özüm də bəyan etmişəm ki, Ermənistan Aİ-nin mümkün hesab etdiyi qədər ona yaxın olmağa hazırdır. Əgər mən fikirləşsəm ki, Ermənistan xalqı bu fikri bölüşmür, mən belə bir bəyanatla çıxış etməzdim. Əgər biz referendum keçiririksə, o zaman kampaniya da aparmalıyıq. O zaman insanlar bizə sual verəcəklər: necə, nə vaxt, Aİ özü bunu istəyir, yoxsa yox?

İnsanlar Aİ-nin bizi qəbul etməyə hazır olub-olmadığını soruşacaqlar. Mən bu suala cavab verə bilmərəm, çünki Aİ daxilində də proseslər gedir və ən azı seçkinin nəticələri ilə bağlı suallar yaranır. Biz siyasi iradəmizi ən yüksək səviyyədə bəyan etmişik", - deyə o, Aİ və ABŞ səfirlərinin, beynəlxalq və ictimai təşkilatların nümayəndələrinin iştirak etdikləri "Ermənistan demokratik forumu"nun iclasında qeyd edib.

Digər xəbərlər
18:27 Ötən gün vətəndaşların bank kartlarından 32 min manatdan çox pul kiberüsullarla oğurlanıb
18:23 Sel nəticəsində ölən vəzifəli şəxs imiş
18:21 Qaraciyərin düşməni hesab edilir - Hər kəsin evində var
18:19 İsrail pasportu olanlara şok qadağa: Bu ölkəyə girişləri yasaqlandı
18:18 Zərərə görə ödənilən sığorta məbləği niyə artırılmır? - AÇIQLAMA
18:16 Pensiyalar yenidən artırılır
18:14 Əlilliyə görə təkrar yoxlamadan keçməli deyilsiniz - Bu halda müddətsizdir
18:11 Əhaliyə ŞAD XƏBƏR - Sabah səhər...