ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə söhbət zamanı ərazi və atom elektrik stansiyalarına nəzarət məsələsini qaldırmağı planlaşdırdığını bildirib.
Bu barədə "RİA Novosti2 məlumat yayıb.
"Biz elektrik stansiyaları haqqında danışacağıq, çünki bu, böyük bir məsələdir", - ABŞ lideri deyib.
Jurnalistlərə açıqlama verən Tramp martın 18-də Vladimir Putinlə telefon danışığını planlaşdırdığını bildirib.
Keçən həftə Putin Moskvada ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoffla görüşüb. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov qeyd edib ki, Vitkoff Rusiyaya təkcə Ukrayna məsələsini deyil, həm də Rusiya ilə ABŞ arasında ikitərəfli münasibətləri müzakirə etmək üçün gəlib.
Vitkoff özü bildirib ki, Rusiya lideri ilə görüş 3-4 saat davam edib. O, bunun Ukrayna münaqişəsinin həlli ilə bağlı müzakirə olduğunu vurğulayıb.