hemle

"TikTok"da gündəm olan bu oyuncaq nadir psixi xəstəlik yaradır

Tarix:16-03-2025, 11:07
Baxış Sayı:441

"TikTok"da gündəm olan sızanaq sıxılması ilə bağlı oyuncaqlar uşaqlarda və onların analarında patomimiya adlı nadir psixi xəstəlik təhlükəsi yaradır.

Bu barədə "Mash" "Telegram" kanalı material dərc edib. Materialda bir neçə rusiyalı dermatoloqun bu trendin təhlükəli olması barədə xəbərdarlıqları yer alıb.

Bildirilir ki, insanın heç bir səbəb olmadan dərisini qurdalamaq xəstəliyi infeksiyalar, iltihablar, psixi problemlər kimi nəticələrə gətirib çıxara bilər.

"Antistres" kimi satılan oyuncaq haqqında videoçarxlar "TikTok" və digər sosial şəbəkələrdə geniş yayılıb. Uşaqların "dəli olduğu" bu yumşaq oyuncaq üzərindəki sızanaqları sıxmaq mümkündür. Ən məşhur model isə uşağın üzüdür.

Lakin həkimlərin sözlərinə görə, bu trend təhlükəlidir, çünki ağlı hələ tam formalaşmamış uşaqlara təsir göstərir, çünki onlar daha sonra sıxma prosesini öz üzərilərində həyata keçirməyə başlayırlar. Hətta iş o yerə çatır ki, nəyisə sıxmaq həvəsi ilə altında təmiz dəriyə zərər verirlər, infeksiya salırlar və s. Belə hallar artıq kifayət qədərdir. Hətta analar artıq xəstəxanalara müraciət etməyə başlayıblar.

Xəstələrdə patomimiya inkişaf edir - adama elə gəlir ki, onun hər yerində sızanaqlar var və o, sözün əsl mənasında özünü parçalayır. Belə halda dermatoloqlar xəstəni psixiatra yönləndirirlər ki, o da həblər və uzunmüddətli müalicə təyin edir.

Digər xəbərlər
22:39 Bu sürücülərin cəriməsi ləğv olunacaq
22:37 Mövqelərimiz gün ərzində dəfələrlə atəşə tutuldu
22:35 Küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq olundu
22:27 Ramazanın 18-ci günü: dua, imsak və iftar vaxtı...
22:25 Türkiyə Ermənistanın qarşısına hansı şərtləri qoydu?
17:11 Kəşfiyyat məlumatı sızdı: Ermənistan növbəti müharibə üçün yeni ordu qurur
17:10 Bayram namazının qılınacağı tarix açıqlandı
17:09 Vaşinqtonun Bakı-İrəvan sazişindən “pay almaq” gedişi