hemle

Separatçılar İrəvanda toplaşdı: Xaricdən qayıdan Oskanyan onlara nə xəbər gətirib?

Tarix:11-03-2025, 09:56
Baxış Sayı:455

Qarabağdan qaçan separatçılar hələ də ümid edirlər ki, gələcəkdə Azərbaycan ərazilərini yenidən işğal edə biləcəklər.

Bu məsələdə onlara bəzi ölkələrin mənasız qərarları və İrəvandakı revanşistlər saxta ümid verirlər.

Onlardan biri də Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyandır.

Xaricdəki dəstəkçiləri vasitəsilə hakimiyyətə gəlmək istəyən Oskanyan daxildə də separatçıların köməyinə arxalanır.

Oskanyan yenə də bir neçə xarici ölkədə olub, orada “çayxana görüşləri” keçirib və İrəvana “yüksək əhval”da qayıdıb.

Qayıdan kimi də separatçıların nümayəndələri ilə görüşüb. Onları inandırmağa çalışıb ki, Ermənistanda hakimiyyət dəyişsə, Qarabağa qayıtmaq şansı yarana bilər. Bu barədə “Hraparak” nəşri yazıb.

“Bizə dedilər ki, Oskanyan bu dəfə kifayət qədər həvəslə qayıdıb və işin nəticə verdiyini bildirib. Bunu İsveçrə Federal Şurasının ermənilərinin qayıtmaq hüququ ilə bağlı qətnamə qəbul etməsi və Kanadadan verilən bəyanatlar sübut edir. Vardan Oskanyan ümidvar olduğunu bildirib ki, vətənpərvər hökumətlə vəziyyət tamamilə fərqli ola bilər”, - məlumatda deyilir.

Göründüyü kimi, separatçılar sadəcə “saman çöpün”dən yapışıblar. Bu “saman çöpü”nü də onlara Ermənistanda hakimiyyətə gəlmək istəyən qüvvələr verib. Yəni separatçılar yenə də alət kimi istifadə olunurlar.

Digər xəbərlər
21:49 Ev "apteçka"sındakı 5 ən təhlükəli dərman AÇIQLANDI
21:44 Sərhəddə nə baş verir? - Tovuz rayonu istiqamətində..
21:42 "Kartdan karta" köçürmə edənlərin DİQQƏTİNƏ
21:39 “Hər iki dəqiqədə bir hamilə qadın ölür”: ÜST-dən dəhşətli statistika
21:34 David Babayandan daha bir etiraf: Sadə pasportlarımız kimi, diplomatik pasportlar da...
21:32 Xəzərə tullantı su axıdan qurum cəzalandırıldı
21:29 İran nüvə silahı yaratmaq niyyətindən danışıb: Heç vaxt...
21:26 BMT-dən Qarabağdakı mina partlayışlarına reaksiya