hemle

ABŞ-ın İrana qarşı planı: İraq müxtəlif ssenarilər hazırlayıb

Tarix:10-03-2025, 09:59
Baxış Sayı:477

İraq hökuməti Ağ Evin yeni administrasiyasının qərarı ilə İrandan təbii qaz nəqlinin mümkün kəsilməsi ilə bağlı müxtəlif ssenarilər hazırlayıb.

Bu barədə ölkənin rəsmi xəbər agentliyi məlumat yayıb.

Bundan əvvəl Amerika mediası ABŞ Dövlət Departamentinin nümayəndələrinə istinadən xəbər vermişdi ki, Ağ Ev İraqa təbii qaz və elektrik enerjisi tədarükü üçün İrana pul ödəməyə icazə verən 120 günlük güzəşt müddətini uzatmayıb.

İraq hökumətinin sözçüsü Basim əl-Avadi deyib: "Hökumət istisnaların uzadılıb-uzadılmaması ilə bağlı bütün ssenariləri işləyib hazırlayıb".

O, həmçinin qeyd edib ki, Türkmənistan qazının İran vasitəsilə nəqlinin ləngiməsinə səbəb vasitəçi şirkətdir.

İraqın Elektrik Nazirliyi oktyabr ayında Türkmənistanla İran üzərindən təbii qaz tədarükünün dəyişdirilməsinə dair müqavilə imzalasa da, o vaxtdan bəri heç bir açıqlama verilməyib.

Hökumət sözçüsü onu da qeyd edib ki, 2028-ci ilə qədər İraq enerji ilə özünü təmin etmək mərhələsinə çatmağı planlaşdırır və xaricdən qaz idxalına ehtiyac qalmayacaq.

İraq hazırda elektrik enerjisi istehsalı üçün təbii qaz çatışmazlığından əziyyət çəkir və bu, vaxtaşırı işıqların kəsilməsinə və kütləvi etirazlara səbəb olur.

Digər xəbərlər
21:49 Ev "apteçka"sındakı 5 ən təhlükəli dərman AÇIQLANDI
21:44 Sərhəddə nə baş verir? - Tovuz rayonu istiqamətində..
21:42 "Kartdan karta" köçürmə edənlərin DİQQƏTİNƏ
21:39 “Hər iki dəqiqədə bir hamilə qadın ölür”: ÜST-dən dəhşətli statistika
21:34 David Babayandan daha bir etiraf: Sadə pasportlarımız kimi, diplomatik pasportlar da...
21:32 Xəzərə tullantı su axıdan qurum cəzalandırıldı
21:29 İran nüvə silahı yaratmaq niyyətindən danışıb: Heç vaxt...
21:26 BMT-dən Qarabağdakı mina partlayışlarına reaksiya