hemle

RUSİYANIN BU ŞƏHƏRİNƏ GİRİŞ-ÇIXIŞ BAĞLANIR

Tarix:5-06-2020, 22:16
Baxış Sayı:404

Severodvinskdə (Rusiya) koronavirusa yoluxma hallarının kəskin artması səbəbindən Arxangels vilayətinin rəhbərliyi iyunun 6-dan etibarən şəhərə giriş-çıxışı məhdudlaşdırmaq qərarına gəlib.

ONN media bildirir ki, bu barədə “İnterfaks” xəbər verib.

Pandemiyanın başladığı vaxtdan 180 min əhalisi olan Severodvinskdə 1000-dən çox koronavirusa yoluxma halı qeydə alınıb.

Severodvinskdə xəstələnənlərin 3/2 hissəsi “Sevmaş” və “Zvyozdoçka” müəssisələrinin əməkdaşlarıdır. Bununla yanaşı, sonuncunun bir əməkdaşı artıq COVID-19-un qurbanı olub.

Bundan başqa, şəhərdəki uşaq evinin 11 tərbiyəçisində də koronavirus aşkarlanıb. Bununla əlaqədar olaraq, şəhər Prokurorluğu araşdırmaya başlayıb.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
17:04 "ChatGPT"dən yeni alış-veriş funksiyası - "Google"a rəqabət artır
17:01 Vardanyanın məhkəməsində zərərçəkmiş şəxs: Erməni silahlı dəstələrinin hücumu zamanı 14 hərbçi yoldaşım şəhid oldu
16:55 Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
16:51 Sabah 21° isti olacaq
16:48 Nəzarətdən çıxır: ABŞ-da yeni təhlükəli pandemiya barədə xəbərdarlıq edildi
16:44 Vətəndaşların nəzərinə: Bu halda 960 manat müavinət ala bilərsiniz
16:40 Estoniyada erməni keşiş Paşinyana qonşularla sülh arzuladı: II Qaregin dəli oldu
16:29 Birlik əməkdaşları və ailə üzvlərinin Mərkəzi Nəbatat Bağına gəzintisi baş tutub