hemle

"WhatsApp" istifadəçilərinin nəzərinə: Pulunuz oğurlana bilər

Tarix:7-03-2025, 10:17
Baxış Sayı:441

Dələduzlar pul oğurlamaq üçün yeni üsula əl atıblar. Onlar istifadəçilərə "WhatsApp" hesablarını gündə müəyyən pul müqabilində icarəyə verməyi təklif edirlər.

Bu barədə "RİA Novosti"yə Andrey Biyçuk bildirib.

Onun sözlərinə görə, əvvəlcə dələduzlar "Telegram" kanallarında və digər platformalarda nömrəni icarəyə götürmək imkanının olduğunu elan edirlər.

"Elana cavab verən şəxslərə "WhatsApp" hesablarına müvəqqəti giriş vermələrinin lazım olduğu bildirilir. Bəzən cinayətkarlar hesabın guya iş üçün, xidmətlərə qeydiyyat üçün və ya xaricdəki müştərilərlə əlaqə saxlamaq məqsədilə istifadə olunacağını deyirlər. Daha sonra istifadəçidən başqa bir telefondan girişə icazə verməsi, SMS-lə göndərilən kodu ötürməsi və hətta SIM kartını müvəqqəti təqdim etməsi tələb olunur. Bu manipulyasiyalardan sonra hesabın nəzarəti dələduzların əlinə keçir.

Daha sonra dələduzlar hesab sahibinin tanışlarına mesajlar göndərməyə başlayır və onlardan təcili pul köçürmələrini, borc vermələrini və ya şəxsi məlumatlarını paylaşmalarını istəyirlər", - deyə Biyçuk bildirib.

Ekspert əlavə edib ki, əgər həmin hesab vasitəsilə cinayət törədilərsə, pul tələb olunarsa, bu vəziyyətdə məsuliyyət hesab sahibinin üzərinə düşəcək.

Digər xəbərlər
21:36 Ramazanın 9-cu günü: dua, imsak və iftar vaxtı
21:33 Bu qida əlavələri həyat üçün POTENSİAL TƏHLÜKƏDİR - Alimlərdən xəbərdarlıq
21:29 Kobudluq, itaətsizlik, höcətlik... - Yeni dövrün fərqli uşaqları
21:26 Leyla Əliyeva 8 Mart münasibətilə keçirilən veloyürüşdə iştirak edib
21:20 Ukrayna Kurskda bir gündə görün nə qədər hərbçi itirdi: Əvvəlki itkilərin ŞOK SİYAHISI
21:17 Mingəçevirdə qanunsuz balıq ovlayan şəxs saxlanıldı
21:15 Almaniyaya sığınanlara BƏD XƏBƏR - Miqrantların ailələrinə...
10:48 Abituriyentlərin nəzərinə: Bu ixtisaslar üzrə keçid balı artacaq