hemle

Makron Aİ-nin müdafiəsi üçün nüvə silahından istifadə etmək istəyir

Tarix:Bu gün, 09:58
Baxış Sayı:556

Fransa prezidenti Emmanuel Makron Avropanı müdafiə etmək ölkəsinin üçün nüvə silahından istifadə etmək istəyir.

Fransa lideri bu barədə xalqa müraciətində bildirib.

O, Almaniya kansleri vəzifəsinə namizəd olan Fridrix Merzin çağırışından sonra müttəfiqləri ilə Avropa ölkələrinin Fransanın nüvə çəkindirici qüvvələrinin himayəsi altına qəbul edilməsinin mümkünlüyü ilə bağlı müzakirələrə başlayacağını deyib.

"Gələcək Almaniya kanslerinin tarixi çağırışına cavab olaraq, mən Avropadakı müttəfiqlərimizin Fransanın çəkindirici qüvvələrinin köməyi ilə müdafiəsi ilə bağlı strateji müzakirələr açmağa qərar verdim", - Fransa prezidenti bildirib.

O xatırladıb ki, Fransanın nüvə silahı “1964-cü ildən Avropada sülh və təhlükəsizliyi qoruyub saxlayır”.

Makron vurğulayıb ki, Paris “təhlükələr dünyasında” laqeyd tamaşaçı kimi qala bilməz.

Digər xəbərlər
12:45 Ağadadaş Ağayevə hökm oxundu
10:40 Bakının iki rayonunda qaz olmayacaq
10:35 "YouTube" qaydaları sərtləşdirir
10:31 Qan damarlarını gücləndirmək üçün ən yaxşı məhsullar açıqlandı
10:22 Makron Rusiyanı təhlükə olaraq görür: bəs yeni səfiri Moskvaya niyə göndərir?
10:13 Ermənistan Rusiyaya münasibətini dəyişir: Çox tezliklə Paşinyanın psixi transformasiyasını...
10:05 Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı uzadıldı
09:58 Makron Aİ-nin müdafiəsi üçün nüvə silahından istifadə etmək istəyir