hemle

Bakıda xəstə daşıyan ambulans qəzaya düşdü: yaralılar var

Tarix:2-03-2025, 18:11
Baxış Sayı:440

Bu gün paytaxtın Nizami rayonu ərazisində təcili tibbi yardım maşını aşıb.

TƏBİB-dən bildirilib ki, hadisə rayonun Rüstəm Rüstəmov küçəsində baş verib.

Yol-nəqliyyat hadisəsi nəticəsində Sabunçu Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 3-cü bölməsinin ambulansı minik avtomobili ilə toqquşub.

“Minik avtomobilində olan 2 nəfər yüngül xəsarət alıb və hospitalizasiyadan imtina ediblər. Yüngül xəsarət alan ambulansın sürücüsünə yerində yardım olunub.

Həkim və tibb bacısı qapalı kəllə-beyin travması şübhəsi ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunublar, ilkin müayinələrdən sonra vəziyyətləri qənaətbəxş olduğu üçün ambulator müalicəyə buraxılıblar.

Qəza zamanı təxliyə olunan, qəzadan öncə də vəziyyəti kritik ağır qiymətləndirilən 65 yaşlı xəstə (kişi cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Müxtəlif yanaşı xəstəlikləri olan şəxs tibb mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir”, - məlumatda deyilir.

Digər xəbərlər
16:26 Qəbul imtahlarına hazırlaşan abituriyentlərə ŞAD XƏBƏR
16:20 Şimşək çaxacaq, dolu düşəcək - Sabahın hava proqnozu
16:16 Daha bir mif dağıdıldı: Xolesterolu azaldan xüsusi pəhriz yoxdur!
16:11 Yer kürəsini maqnit qasırğaları bürüyəcək - İki gün davam edəcək...
09:55 Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
09:52 Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video
09:50 Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?
09:46 Sağlam uşaq doğan ən uyumlu qan qrupları