hemle

Gənclər və idman nazirinin səlahiyyətləri artırıldı

Tarix:Dünən, 13:34
Baxış Sayı:455

"Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə"də dəyişikliklər edilib.

Bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.

Sənədə əsasən, gənclər və idman nazirinin səlahiyyətlərinə yeniləri əlavə edilir.

Belə ki, nazir dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar vəsaitin sərəncamçısı olaraq maliyyə vəsaitini bölüşdürür, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla Nazirlik işçilərinin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edir; Nazirliyin fəaliyyət istiqamətləri üzrə müvafiq il üçün dövlət büdcəsinin və büdcədənkənar vəsaitin formalaşdırılması ilə bağlı təkliflər verir.

Nazirliyin Kollegiyası qərar formasında aşağıdakı normativ hüquqi aktları qəbul edir:

Nazirliklə digər şəxslər (qurumlar) arasında münasibətləri tənzimləyən normativ hüquqi aktları;

qəbul edilməsi Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Nazirliyə tapşırılmış normativ hüquqi aktları;

bir neçə dövlət orqanının fəaliyyətini tənzimləyən vahid (birgə) normativ hüquqi aktları;

aidiyyəti dövlət orqanları ilə razılaşdırılmalı olan normativ hüquqi aktları;

nazirin təşəbbüsü ilə Nazirliyin Kollegiyasının müzakirəsinə çıxarılan bu Əsasnamənin 14.2-ci yarımbəndində nəzərdə tutulmuş normativ hüquqi aktları;

bu Əsasnaməyə uyğun olaraq, Nazirliyin Kollegiyasının qəbul etdiyi normativ hüquqi aktların ləğvi və ya onlarda dəyişiklik edilməsi barədə normativ hüquqi aktları.

Digər xəbərlər
18:29 "Azəriqaz" İB-nin baş direktoru İsmayıllı rayonunda 50-yə yaxın vətəndaşı qəbul edib
18:27 "Azəriqaz" İB ötən gündən gücləndirilmiş iş rejiminə keçib
17:15 "Azəriqaz" İB ötən gündən gücləndirilmiş iş rejiminə keçib
15:09 Bu gün avtobuslar bu saata qədər işləyəcək - XƏBƏRDARLIQ
15:06 Qazlar kəsiləcək? - Rəsmi AÇIQLAMA
15:04 Sürüşsəniz, zərbənin gücünü azaltmaq üçün oturun - Buzlu yollarla əlaqədar piyadalara TÖVSİYƏLƏR
14:53 Yol polisi piyadalara müraciət etdi
14:49 Avtobusların hərəkətində gecikmələr var - AYNA