hemle

ABŞ-Rusiya münasibətlərinin istiləşməsi buna səbəb olacaq - DETALLAR

Tarix:19-02-2025, 20:28
Baxış Sayı:488

Çin Xalq Universitetinin Chongyang Maliyyə Araşdırmaları İnstitutunun baş elmi işçisi Çjou Rong Rusiya və ABŞ nümayəndə heyətləri arasında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən görüşü dəyərləndirib.

Çjou Rusiya və ABŞ arasında keçirilən bu yüksək səviyyəli görüşün mühüm nəticələrindən birinin tərəflərin səfirliklərin işini bərpa etmək barədə razılığa gəlməsi olduğunu bildirib:

“Məlum olduğu kimi, Bayden administrasiyası dövründə Rusiya və ABŞ-da səfirliklər olsa da, onların diplomatik fəaliyyəti olmayıb. Rusiyanın ABŞ-dakı səfirliyi və ABŞ-ın Rusiyadakı səfirliyi demək olar ki, bağlanıb. Görüşdən sonra iki ölkənin diplomatik qurumlarının rəsmi fəaliyyətə başlaması, o cümlədən işçilərin sayının normal səviyyəyə çatdırılması gözlənilir. ABŞ və Rusiya arasında münasibətlərin istiləşməsi Avropa ilə Rusiya arasındakı münasibətlərə də təsir edə bilər. Nəzərə almaq lazımdır ki, Avropa Rusiyaya qarşı ABŞ-dan daha sərtdir”.

Digər xəbərlər
10:07 Rusiyadakı Azərbaycan vətəndaşları üçün YENİLİK: Nə dəyişəcək?
10:03 Ölkə ərazisində hansı yollarda buzlaşma var?
09:59 Soyuq və şaxtalı hava şəraitində sürücülərin nəzərə almalı olduğu ƏSAS MƏQAMLAR
09:56 Dünya YENİ BƏLA İLƏ ÜZ-ÜZƏ - İnsanlara yoluxa bilən koronavirus aşkarlandı
09:53 Bakıda avtobus qəza törətdi - Ölən var
09:50 Azərbaycanda AİLƏ FACİƏSİ - Azyaşlılar yanaraq həlak oldular
09:41 Bakıya 5 gün qar yağacaq
09:37 Daha 33 ailə Cəbrayıl şəhərinə yola salındı