hemle

Ölkə ərazisində hansı yollarda buzlaşma var?

Tarix:21-02-2025, 10:03
Baxış Sayı:412




Ölkə ərazisində güclü küləklə müşahidə olunan qarlı hava yol hərəkətində bir sıra çətinliklər yaradıb.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında deyilir.

Qeyd olunur ki, hazırda Bakı-Şamaxı-Yevlax, eləcə də Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yollarında buzlaşma müşahidə edilir.

"Bununla yanaşı, çoxsaylı xəbərdarlıqlara əhəmiyyət verməyərək mövsümə uyğun təchiz edilməyən, nasaz, texniki-təhlükəsizlik baxımından köhnə avtomobillərin hazırkı kritik hava şəraitində istismar olunması, habelə qarlı, buzlu yolda sürücülük təcrübəsi olmayan şəxslərin sükan arxasına əyləşməsi əlavə gərginliyə, qəza riskinin artmasına əhəmiyyətli dərəcədə təsir göstərir.

Baş Dövlət Yol Polisi İdarəsi yol-patrul xidmətinin gücləndirilmiş iş rejimində çalışdığını qeyd etməklə yanaşı, bir daha yol hərəkəti iştirakçılarına müraciət edərək onları təhlükəsizliklə bağlı verilən tövsiyələrə biganə yanaşmamağa, zərurət olmadıqca şəxsi nəqliyyat vasitələrindən istifadə etməməyə çağırır", - məlumatda bildirilir.

Digər xəbərlər
10:41 Xəstəlik vərəqi ilə bağlı YENİLİK: DSMF-yə göndəriləcək
10:10 Bu ödənişləri gecikdirsəniz də, adınız “qara siyahı”ya düşməyəcək
09:59 "Qiyamət günü" YAXINLAŞIR - 2 ölkə xəritədən silinəcək, digər 2-si isə...
09:54 Zelenskinin ofisi RAZILIQ VERDİ - Bu ölkədə atəşkəs danışıqları baş tutacaq
09:47 Stresslə mübarizə üçün yeni metod hazırlandı
09:43 Daha 55 ailə Sarıcalı və Ballıcaya yola salındı
16:26 Qəbul imtahlarına hazırlaşan abituriyentlərə ŞAD XƏBƏR
16:20 Şimşək çaxacaq, dolu düşəcək - Sabahın hava proqnozu