hemle

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib

Tarix:16-02-2025, 22:37
Baxış Sayı:455




 

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2025-ci ilin hazırlıq planına uyğun olaraq, fevralın 16-da Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hərbi orkestrlərin müşayiəti ilə döyüş bayraqları təntənəli surətdə sıra meydanlarına gətirildikdən sonra tədbirlər açıq elan olunub. Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, həmçinin ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Təntənəli surətdə Hərbi andı qəbul edən gənc əsgərlər Vətənə sadiq olacaqlarına söz veriblər.

Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissə komandirləri çıxış edərək gənc əsgərləri əlamətdar gün münasibətilə təbrik edib, onlara Vətənə, dövlətə və Ali Baş Komandana, hərbi anda sadiq olmalarını, nümunəvi xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş hazırlıqlarını daim yüksəltmələrini, komandir-rəis heyətinin əmr və göstərişlərini dəqiq və vaxtında yerinə yetirmələrini, torpaqlarımızın müdafiəsi naminə hər an hazır olmalarını tövsiyə ediblər.

Andiçmə mərasimləri hərbi qulluqçuların təntənəli marşlarla tribunaların önündən keçidləri ilə başa çatıb. 

Digər xəbərlər
20:36 Qohum evliliyinə dair qadağa nə vaxtdan qüvvəyə minir?
20:34 WhatsAppla bağlı ən son yenilənən 10 QAYDA - Bəzilərindən xəbərimiz yoxdur
20:28 ABŞ-Rusiya münasibətlərinin istiləşməsi buna səbəb olacaq - DETALLAR
20:22 Bu şəxslərə avtomobil sürmək qadağan edilir
20:19 Rusiya ordusu Ukrayna ərazisinə daxil oldu
17:32 Dastana dönmüş həyat (Esse)
17:31 İnsan həyatını təhdid edən, standartlara cavab verməyən qaz qurğularını necə tanıyaq? - “Azəriqaz” İB-nin şöbə rəisindən açıqlama
16:16 İnsan həyatını təhdid edən, standartlara cavab verməyən qaz qurğularını necə tanıyaq? - “Azəriqaz” İB-nin şöbə rəisindən açıqlama