hemle

Ankara vaxtilə Osmanlıya daxil olan bölgəni istəyir… - Badalyan

Tarix:15-02-2025, 21:15
Baxış Sayı:470


Türkiyə ABŞ və Rusiya prezidentləri Donald Trampla Vladimir Putin arasında baş tutan telefon danışığı fonunda Qəzza zolağı ilə bağlı öz iddiasını ortaya qoydu. Ankara vaxtilə Osmanlı İmperiyasına daxil olan bölgəni istəyir.

Bunu erməni politoloq Akop Badalyan deyib.

Ekspert Putin və Trampın Qəzzaya baxışlarının maraqlı olduğunu bildirib:

"Rusiyanın HƏMAS-la müəyyən əlaqələrinin və Yaxın Şərqdə təsir imkanlarının olduğunu nəzərə alan Tramp bu məsələdə Putindən dəstək gözləyəcəkmi?

Məlum olduğu kimi, Rusiya Fələstin-İsrail münaqişəsinin iki dövlətli həll yolu əsasında həll edilməli olduğunu bildirir. İndi bunun əvəzi Qəzza ola bilərmi, yəni ABŞ Fələstin dövlətinin yaradılmasına razı olacaqmı?

Tramp-Putin söhbəti fonunda Türkiyənin bəyanatı da çox önəmlidir. Bu, rəsmi deyil, amma hesab edirəm ki, sabiq baş nazir Əhməd Davudoğlunun açıqlaması rəsmi Ankara ilə razılaşdırılıb.

Bəyanat Qəzzanın Türkiyəyə verilməsi ilə bağlıdır. Buna görə, Qəzza məsələsində son həll əldə olunana qədər bölgə ən yaxşı variant kimi Türkiyənin nəzarətində ola bilər.

Üstəlik, Davudoğlunun Qəzzanın son beynəlxalq hüquqi mənsubiyyətinin Osmanlı İmperiyası ilə bağlı olduğunu, budan sonra bölgədə Britaniya mandatının olduğunu vurğulaması da maraqlıdır. Görünür, Ankara Davudoğlu vasitəsilə bir yandan hissləri hərəkətə keçirməyə çalışır, digər yandan da, ABŞ-Rusiya prosesi ilə Britaniyanın buna qarşı duyduğu ciddi qısqanclıq arasında sövdələşmə təklifi verir".

Digər xəbərlər
12:30 Bakı meriyası qarlı havaya hazırdır? - Rəsmi
12:28 ABŞ kəşfiyyatının şok məlumatı sızdırıldı: Putin danışıqları pozacaq və...
11:53 Füzuli şəhərinin daxili yollarının tikintisi sürətlə və keyfiyyətlə icra olunur
11:44 Rusiyadan siqnal gəldi, Ermənistan müxalifəti döyüş hazırlığına başladı
11:38 Prezident Xankəndidə “Bulud” hotelin açılışında iştirak etdi - YENİLƏNDİ
08:52 Bakıda avtomobil AŞDI: Yaralılar var
08:50 "Telegram"dan MÖHTƏŞƏM YENİLİK
08:47 Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salındı