hemle

ABŞ kəşfiyyatının şok məlumatı sızdırıldı: Putin danışıqları pozacaq və...

Tarix:19-02-2025, 12:28
Baxış Sayı:441

ABŞ kəşfiyyatının məlumatına görə, Vladimir Putin müharibəni dayandırmaq üçün Donald Tramp administrasiyası ilə danışıqlara başlasa da, hələ də bütün Ukraynanı ələ keçirməyə çalışır.

Bu barədə “NBC News” Qərb kəşfiyyatının dörd rəsmisinə və ABŞ Konqresinin iki üzvünə istinadən məlumat yayıb.

“Bizdə Putinin hazırda real sülh razılaşmasında maraqlı olduğuna dair heç bir əlamət yoxdur”, - ABŞ Konqresindəki nümayəndələrdən biri deyib.

Çərşənbə axşamı, fevralın 18-də Vladimir Putin ABŞ nümayəndələri ilə görüşmək üçün öz nümayəndə heyətini Ər-Riyada göndərib. Danışıqların əsas məqsədi Ukraynada müharibənin mümkün sonunu müzakirə etmək olub. Bununla belə, nəşrin mənbələrinə görə, hazırkı kəşfiyyat məlumatları Putinin gələcəkdə bütün Ukraynanı ələ keçirmək fürsətinə ümid etdiyini göstərir.

“NBC News”a danışan mənbələr hesab edirlər ki, Putin danışıqlardan ordusunu yenidən qurmaq və mövqelərini möhkəmləndirmək üçün taktiki fasilə kimi istifadə edə bilər. Onlar hesab edirlər ki, Putin atəşkəs və ya müvəqqəti sülh sazişi ilə razılaşsa belə, bu, yalnız qüvvələrin yenidən qruplaşdırılması üçün vaxt udmaq cəhdi ola bilər.

Qərb rəsmiləri Putinin real güzəştlərə və ya uzunmüddətli sülh sazişinə hazır olduğuna şübhə ilə yanaşırlar.

“Rusiya tərəfi ilə hər hansı danışıqlar daha çox potensial Qərb güzəştlərinin müəyyən edilməsinə və Putinin üç il əvvəl Rusiyanın Ukraynaya təcavüzündən sonra təcridinin dərinləşdiyi beynəlxalq arenaya qayıtmasına yönəldilə bilər”, onlar əlavə ediblər.

Qərb kəşfiyyat rəsmiləri vurğulayıblar ki, Putinin Ukraynadan qoşunları çıxarmaq və ya Rusiyanın qərb bölgələrində hərbi birləşmələri və texnikanı azaltmaq planı yoxdur.

Üstəlik, Tramp administrasiyasının nümayəndələrinin ABŞ-ın Ukraynanın NATO-ya üzvlüyünün mümkün olmadığına eyham vuran son bəyanatları Rusiya prezidentinin iddiasını artırıb.

“Onun məqsədləri maksimalist olaraq qalır", - kəşfiyyat rəsmisi deyib.

ABŞ rəsmiləri deyirlər ki, müttəfiqlərdən və özlərinin kəşfiyyatından alınan məlumatlar Putinin Ukrayna ilə bağlı geniş ambisiyalarını saxladığını ardıcıl şəkildə təsdiqləyir

Fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtında Rusiya və ABŞ nümayəndə heyətləri arasında müharibə başlayandan bəri ilk birbaşa danışıqlar baş tutub.

“Bloomberg”in məlumatına görə, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsinin Vladimir Zelenskini dialoqa daxil etmək təşəbbüsünə baxmayaraq, Ukraynanın danışıqlarda iştirakı həm Moskva, həm də Vaşinqton tərəfindən rədd edilib.

Digər xəbərlər
21:04 Yük maşınları yeni qaydada yoxlanılacaq
17:14 Qeyri-sabit hava 4 gün davam edəcək - XƏBƏRDARLIQ
17:11 Metroda bu yeniliklər olacaq
17:07 Baş Prokurorluğun Mətbuat xidmətinə yeni prokuror təyin olundu
17:04 MEDİA kiberhücumla bağlı məlumat yaydı
16:59 Ermənilər abxazlarla da “qanlı-bıçaq” oldular: Rusiya işə qarışdı
13:44 Azərbaycanda bu saytlar kütləvi haker hücumuna məruz qaldı - SİYAHI
13:34 Gənclər və idman nazirinin səlahiyyətləri artırıldı