hemle

HƏKİMDƏN CİDDİ XƏBƏRDARLIQ – DONDURMA NİYƏ TƏHLÜKƏLİ MƏHSULDUR?

Tarix:3-06-2020, 23:35
Baxış Sayı:444

Yetkin insanın gün ərzində yeyə biləcəyi optimal dondurma porsiyası açıqlanıb.

ONN media xəbər verir ki, ENT klinikasının rəhbəri Vladimir Zaitsev bu soyuq deserti hər gün yeməyin təhlükəli olması barədə xəbərdarlıq edib. Həddən artıq dondurma yemək faringit, tonzillit, laringit və rinosinusitə səbəb ola bilər. Bundan əlavə, şokoladlı dondurma yüksək kalorili hesab olunur, onun yüz qramında demək olar ki, 300 kalori var.

Həkimin sözlərinə görə, isti iqlim zonasında yaşamayan insanlar hər gün dondurma yeyə bilməz. Yetkinlər üçün norma həftədə iki dondurmadır.

Zaitsev dondurmanı olduqca təhlükəli məhsul kimi qələmə verib. O, iltihab riskini minimuma endirmək üçün bu deserti bir qədər əridib və ya isti bir şeylə yeməyi tövsiyə edib. Məsələn, isti çay. Soyuq dondurma və isti çay boğazda təzad yaradacaq ki, bu da xəstələnmə ehtimalını azaldır.

Bu deserti sürətlə yeyib bitirməyə çalışmayın, əks təqdirdə diş və diş ətlərini aşındıra bilərsiniz. Bu da trigeminal nevrit üçün təhlükə yaradır. Başlıcası kondisionerli otaqda dondurma yeməyin.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ
14:00 Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirən şəxslər saxlanıldı
13:53 Rusiya bu ölkələrlə əməkdaşlığı dayandırdı: Səbəb nədir?
22:18 Müavinət və təqaüd alanlara şad xəbər: Növbəti artım...
22:17 Bakı metrosunda ediləcək dəyişikliklərlə bağlı daha bir rəsmi açıqlama
22:14 Azad olunmuş ərazilərə bu il nə qədər pul xərclənib?
22:11 İlham Əliyev “Sea Breeze”dəki layihələrlə tanış oldu