hemle

Sığorta müqaviləsinə xitam verməsəniz, əlavə xərcə düşə bilərsiniz

Tarix:14-02-2025, 10:40
Baxış Sayı:466




Son zamanlar vətəndaşlar yeni problemlə rastlaşırlar. Belə ki, avtomobilinizi satıb yeni avtomobil alıb sığortalayan zaman şirkətdən bildirirlər ki, sığorta məbləği 2-3 dəfə artıb. Belə əsaslandırırlar ki, satdığınız maşının yeni sahibi qəza törədib, sığorta isə şəxsin adına olduğu üçün rəsmiləşdirilib. Vətəndaş başqasının törətdiyi qəzaya görə məcbur olub əlavə ödəniş ödəyir.

Bu kimi hallarda nə etmək lazımdır?

Sığorta üzrə ekspert Emil Agabağırov bildirib ki, sürücülər avtomobilini satarkən bu kimi hallarla rastlaşmamaq üçün dərhal sığorta şirkətinə müraciət edərək sığortaya xitam verməlidirlər. Hətta qüvvədə olan müddətin ödənişi də geri almaq hüququna malikdirlər.

Qeyd edək ki, bu məsələdə avtomobilin qarşı tərəfin adına keçirilməsində heç bir fərqi yoxdur.

Bəs hadisənin sürücü tərəfindən törədlmədiyi sübut edilərsə, əlavə ödənişdən yaxa qutara bilər?

Məsələ ilə bağlı icbari sığorta bürosunun şöbə rəisi Sadiq Mədətov bildirib ki, bu bonus malus əmsalıdır.

"Bonus malus əmsalı sığorta hadisəsi nəticəsində sığorta haqqını artırıb-azaldan əlavə güzəştlər sistemidir. Eyni zamanda mülki məcəllənin 907-ci maddəsinə əsasən, sığorta müqaviləsi imzalananda orada qeyd olunan şərtlər və qaydalarla razılaşdırılır. Sürücülər gələcəkdə problem yaşamamaq üçün müqaviləni imzalayan zaman şərtlərlə yaxından tanış olmalıdırlar".

Digər xəbərlər
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ
14:00 Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirən şəxslər saxlanıldı
13:53 Rusiya bu ölkələrlə əməkdaşlığı dayandırdı: Səbəb nədir?
22:18 Müavinət və təqaüd alanlara şad xəbər: Növbəti artım...
22:17 Bakı metrosunda ediləcək dəyişikliklərlə bağlı daha bir rəsmi açıqlama
22:14 Azad olunmuş ərazilərə bu il nə qədər pul xərclənib?