hemle

İşsizlərə 200 manat ödəniş verilir? - RƏSMİ

Tarix:20-02-2023, 16:17
Baxış Sayı:140

Son günlər bəzi sosial media hesablarında guya işsiz şəxslərə 200 manat ödənişin verilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə Dövlət Məşğulluq Agentliyindən bildirilib.

"Məsələ ilə bağlı rəsmi olaraq bildiririk ki, hazırda “Məşğulluq haqqında” Qanuna əsasən işsizlik müavinəti adlı bir ödəniş növü mövcud deyil. Yalnız işsizlikən sığorta ödənişi adlı sosial təminat növü var ki, bu ödəniş də yalnız Qanunla nəzərdə tutulan hallarda ödənilir. Yəni, əgər vətəndaşın əmək müqaviləsinə dövlət orqanının və ya hüquqi şəxsin ləğvi, işçilərin və ya dövlət qulluqçuların sayı, ştatların ixtisar edilməsi və ya müddətli əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar xitam verilibsə, onun işsizlikdən sığorta ödənişi üçün hüququ yarana bilər. Bu hallardan biri baş verdikdə vətəndaş DOST Mərkəzləri və ya Dövlət Məşğulluq Agentliyinin Regional Məşğulluq filiallarına müraciət edərək qeydiyyata düşə bilər" - açıqlamada bildirilib.

Digər xəbərlər
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ
14:00 Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirən şəxslər saxlanıldı
13:53 Rusiya bu ölkələrlə əməkdaşlığı dayandırdı: Səbəb nədir?
22:18 Müavinət və təqaüd alanlara şad xəbər: Növbəti artım...
22:17 Bakı metrosunda ediləcək dəyişikliklərlə bağlı daha bir rəsmi açıqlama