hemle

Azərbaycanda əhaliyə yenidən 190 manat ödəniləcək – ŞAD XƏBƏR

Tarix:21-06-2021, 16:37
Baxış Sayı:287

Dünya Bankı Azərbaycanda COVID-19-la mübarizə və virusun nəticələrinin aradan qaldırılması ilə bağlı yeni layihəyə başlayır.

hemlemedia.az FED.az-a istinadən xəbər verir ki, “Azərbaycanda COVID-19-a təcili reaksiya Layihəsi” bu ilin sentyabrında işə düşəcək.

Ümumi məbləği 95 milyon dollar olan layihə bütünlükdə Dünya Bankı tərəfindən maliyyələşdiriləcək. Onun icraçıları isə İcbari Tibbi Sığorta Agentliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir.

Layihə çərçivəsində atılacaq əsas addımlardan biri əhalinin həssas və aztəminatlı təbəqəsinə - ailələlər və ayrı-ayrı şəxslərə müvəqqəti dəstək vermək və onlara ödənişlər etməklə bağlıdır.

Layihə çərçivəsində işsizliyə görə ayrıca ödənişin verilməsi nəzərdə tutulur. Bu birdəfəlik ödəniş olacaq, məbləği isə 190 manat (111 dollar) təşkil edəcək.

Həmin ödəniş işsizə çevrilən və Dövlət Məşğulluq Xidmətində qeydə alınan 170 min vətəndaşa veriləcək.

Qeyd edək ki, hökümət artıq 2020-ci ildə (aprel-iyun aylarında) ölkədə 600 min nəfərə 190 manatlıq işsizlik müavinəti ödəyib. Bu dəstək pandemiya nəticəsində işini itirən rəsmi və qeyri-rəsmi çalışanlara ödənilmişdi.

Dünya Bankının layihəsi də həmin 600 min nəfərdən 170 min nəfərinə 190 manatlıq birdəfəlik ödənişi nəzərdə tutur.

Digər xəbərlər
10:19 Şəhid ailələrinə güzəştlərin tətbiqi qaydaları dəyişdi
10:12 Ticarət obyektləri BAĞLANDI: 200-dən çox insan İŞSİZ QALDI
10:09 Ankaranın sərt mövqeyindən sonra ABŞ GERİ ÇƏKİLDİ - "S-400"lərin taleyi ilə bağlı YENİLİK
10:03 Tramp və Bayden həmin sənədi imzaladılar - Kritik hazırlıq başladı
10:00 İsrail-Livan razılaşması: Tərəflər hansı öhdəlikləri götürüblər?
09:57 Pensiya sistemi ilə bağlı MÜHÜM TƏKLİF: Qəbul olunsa...
09:52 Paşinyan KTMT-dən çıxmaq və Rusiya ilə münasibətləri pozmaq fikrindən daşınıb?
09:47 COP29-un ticari-iqtisadi sahələrə təsiri necə oldu? - Ekspertlərdən AÇIQLAMA