hemle

Goranboy rayon Statistika idarəsində “YO-TQ” MMC-nin təmir cinayətləri

Tarix:12-02-2025, 11:10
Baxış Sayı:753





2024-cü ilin noyabr ayında Goranboy rayon Statistika idarəsində cari təmir üçün dövlət büdcəsindən ayrılmış vəsaitin növbəti cinayət tərkibi ilə icra olunaraq mənimsənilməsi haqqında redaksiyamıza məlumat daxil olmuşdur. Cari təmir üçün Goranboy rayon Statistika idarəsi Podratçı “YO-TQ” MMC adlı tikinti müəssisəsi ilə işlərin görülməsi üçün müqavilə bağlanmışdır. Müşahidələr nəticəsində məlum olmuşdur ki, idarənin rəisi Səxavət Qədirov cari təmir işlərinin icrasını tikinti müəsisinə deyil,öz üzərinə götürmüşdür.Beləki, təmir işləri Statistika idarəsinin rəhbəri tərəfindən günəmüzd şəkildə gətirilmiş ixtisassiz fəhlələr( bəzləri isə həmkəndliləri olmaqla) qeyri peşəkarlıqla, ümumilikdə 15 nəfərdən yuxarı işçilər tərəfindən qismən yerinə yetirilmişdir.Qismən görülmüş işlərdən və “YO-TQ” MMC-nin rəhbərliyindən heç kimin tikinti materiallarının alınmasında ,tikinti ərazisiə gətirilməsində iştirak etməməsindən belə məlum olur ki, ümumiyyətlə 2024-cü ilin noyabr ayında işlər görülərkən həmin ümumilikdə 15 nəfərdən yuxarı işçilərlə cəmiyyət arasında heç bir əmək müqaviləsi bağlanmamış, Materilaın alınması tikinti təşkilatınin vasitəsi ilə təşkil edilməmişdir.İşçilərlə Tikinti təşkilatının arasında əmək müqaviləsinin bağlanmaması cinayət tərkibi yaratmış,Dövlət büdcəsinə ödəliməli olan sosial ödəmələr ödənilməmişdir.İşlər qismən Səxavət Qədirov tərəfindən aparılaraq dövlət vəsaiti mənimsənilmişdir.Bu da inkişaf etməkdə olan dövlətimizə, Yeni Azərbaycan Partiyasına xəyanət kimi qiymətləndirilməlidir.

Ümid edirik, Statistika Komitəsinin sədri hörmətli Tahir Budaqov bu məsələyə biganə yanaşmayacaq,belə insanların sıralarında fəaliyyət göstərməsinə imkan verməyəcəkdir.

Digər xəbərlər
18:44 Türkiyə təyyarəsi havada tüstüləndi, bu şəhərə təcili eniş etdi
18:41 Əfv Komissiyasının növbəti iclasının vaxtı MƏLUM OLDU
18:37 Bakıda daha 2 nəfər tibbi spirtdən zəhərlənib öldü
18:29 Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib
15:54 Azərbaycanda bu şəxslərə 10 000 manata yaxın pul veriləcək
15:48 Sabah İstanbulda ABŞ və Rusiya danışıqları olacaq: Moskva açıqladı
15:45 Bakı sülh sazişi layihəsini İrəvana göndərdi: Hansı cavab verilib?
10:48 İsrail Türkiyə ilə müharibəyə gedir: Suriya bölünməlidir