Rusiya və amerikalı diplomatlar fevralın 27- də İstanbulda iki ölkənin səfirliklərinin işi ilə bağlı problemləri müzakirə edəcəklər.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Lavrov Qətərə səfərindən sonra keçirilən mətbuat konfransında deyib: “Belə bir görüş sabah İstanbulda baş tutacaq”.
“Biz bildirmişdik ki, diplomatlarımız və yüksək səviyyəli ekspertlərimiz Rusiya səfirliyinin fəaliyyətinə süni maneələr yaratmaq məqsədilə əvvəlki ABŞ administrasiyasının qanunsuz fəaliyyəti nəticəsində yığılmış sistemli problemləri araşdıracaqlar, buna təbii ki, biz də cavab vermişik və eyni zamanda Moskvadakı Amerika səfirliyinin fəaliyyəti üçün narahatedici şərait yaratmışıq”, - Lavrov qeyd edib.