hemle

Azərbaycanda bu şəxslərə 10 000 manata yaxın pul veriləcək

Tarix:Bu gün, 15:54
Baxış Sayı:441



Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) istehsal ediləcək film layihələrinin bədii və texniki qiymətləndirilməsinə başlayır.

Layihələrin bədii və texniki qiymətləndirilməsi işləri ARKA-da fəaliyyət göstərən Bədii Şura üzvlərinə həvalə edilib.

Belə ki, aşağıdakı şəxslər Kino Agentliyində fəaliyyət göstərən Bədii Şura üzvü olaraq istehsal ediləcək film layihələrinin bədii və texniki qiymətləndirilməsi işlərini aparacaqlar:

1) Mahmudov Abduləhəd Əliisa oğlu
2) Camalov Vüqar Vaqif oğlu
3) Əliyev Rüstəm Qədim oğlu
4) Paşayev İlqar Əli oğlu
5) Rzayev Yavər Maarif oğlu
6) Hüseynli Səbinə Vaqif qızı

Razılaşmaya əsasən, ARKA qeyd olunan şəxslərin hər birinə 9 800 manat ödəniş edəcək.

Xatırladaq ki, Kino Agentliyində bir müddətdir kifayət qədər nüfuzlu peşəkarlardan ibarət Bədii şura fəaliyyətə başlayıb. Filmlərin istehsalata buraxılmasına və hazır sənət nümunəsi kimi qəbul olunmasına Bədii Şura qərar verir.

Digər xəbərlər
21:37 Almaniyada məhkəmə binası yaxınlığında atışma - yaralananlar var
21:27 ABŞ-Rusiya danışıqları niyə Türkiyəyə köçürülür? – İstanbulun önəmi
21:22 Bayraqlar niyə yarıya endirilir? – Maraqlı faktlar
21:17 Pensiya kapitalını gözləyən vətəndaşlara ŞAD XƏBƏR: Bir dəfəyə 45 min manat...
21:13 Paşinyan: Azərbaycanla sülh müqaviləsinin iki bəndi hələ də razılaşdırılmayıb
21:09 DYP-dən müraciət: bu gün axşamdan başlayaraq...
19:45 Azərbaycan Qiymətləndiricilər Palatası Xocalı soyqırımı ilə bağlı tədbir keçirdi
18:44 Türkiyə təyyarəsi havada tüstüləndi, bu şəhərə təcili eniş etdi