hemle

Azərbaycanda kremasiya mərkəzləri yaradılacaq? - Dövlət Komitəsindən AÇIQLAMA

Tarix:5-02-2025, 08:21
Baxış Sayı:416

"Hazırda müvafiq dövlət qurumları arasında kremasiya mərkəzlərinin açılması məsələsi ilə bağlı müzakirələr aparılmır".

Bunu Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildiriblər.

Qeyd edilib ki, məsələnin hüquqi, praktiki və dini-sosial tərəfləri var.

Bildirilib ki, "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, ölkəmizdə yaşayan hər kəsin hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ var.

"Şəxsin dini etiqadını ifadə etməsinə, ibadətlərdə, dini ayin və mərasimlərdə iştirak etməsinə və ya dini öyrənməsinə hər hansı maneə törədilə bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş "Qəbiristanlıqların salınması və idarə olunması qaydaları"nda ölmüş şəxsin dini mənsubiyyəti və inancına uyğun olaraq kremasiya olunması prosesini tənzimləyən müddəalar öz əksini tapıb. İndiyədək Dövlət Komitəsinə ümumi məlumat əldə etmək niyyəti daşıyan bəzi istisna hallardan başqa, konkret faktlarla əlaqədar müraciətlər daxil olmayıb. Hazırda müvafiq dövlət qurumları arasında kremasiya mərkəzlərinin açılması məsələsi ilə bağlı müzakirələr aparılmır", - məlumatda bildirilib.

Qeyd edək ki, son günlər mətbuatda ölkədə kremasiya (meyitlərin yandırılması) mərkəzlərinin açılacağı barədə xəbərlər yayılıb.

Digər xəbərlər
18:27 Ötən gün vətəndaşların bank kartlarından 32 min manatdan çox pul kiberüsullarla oğurlanıb
18:23 Sel nəticəsində ölən vəzifəli şəxs imiş
18:21 Qaraciyərin düşməni hesab edilir - Hər kəsin evində var
18:19 İsrail pasportu olanlara şok qadağa: Bu ölkəyə girişləri yasaqlandı
18:18 Zərərə görə ödənilən sığorta məbləği niyə artırılmır? - AÇIQLAMA
18:16 Pensiyalar yenidən artırılır
18:14 Əlilliyə görə təkrar yoxlamadan keçməli deyilsiniz - Bu halda müddətsizdir
18:11 Əhaliyə ŞAD XƏBƏR - Sabah səhər...