hemle

Hacı Şahinin yerinə təyinatla bağlı AÇIQLAMA

Tarix:10-03-2023, 18:21
Baxış Sayı:140

Son iki gündə bəzi KİV-lərdə və sosial şəbəkələrdə Bakı şəhəri Nəsimi rayonu “Məşədi Dadaş” məscidinə din xadiminin təyin olunması barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (Dövlət Komitəsi) tərəfindən sözügedən məscidə rəsmi din xadimi təyin olunmayıb.

Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Mətbuat Xidmətindən məlumat verilib.

Dövlət Komitəsi xatırladıb ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq Dövlət Komitəsi Kollegiyasının 2022-ci il 22 aprel tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası” normativ aktı mövcuddur. Bu Qaydaya əsasən Dövlət Komitəsi tərəfindən İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün mütəmadi olaraq müsahibələr təşkil edilir. Sözügedən məscidə də rəsmi din xadiminin təyin olunması məhz bu Qayda əsasında həyata keçiriləcək.

Digər xəbərlər
14:32 Bu, qocalmanı ləngidir - Rus mütəxəssis
14:30 İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır
14:27 Qərb Cənubi Qafqazı yenidən alov topuna döndərməyi planlaşdırır
14:24 "Həzi Aslanov" stansiyasında təmir nə vaxt başa çatacaq? - Rəsmi CAVAB
14:22 Rusiya daha üç yaşayış məntəqəsini ƏLƏ KEÇİRDİ
14:20 Azərbaycan deputatları İrəvana gedir?
14:16 Gələn il imtahan verəcək şəxslərə ŞAD XƏBƏR - Yeni model gəlir
14:12 Rusiya nüvə sınaqlarını bərpa edə bilər: ABŞ-a SƏRT XƏBƏRDARLIQ