hemle

Naxçıvanda müasir dəmiryol şəbəkəsi qurulacaq

Tarix:4-02-2025, 21:27
Baxış Sayı:467



Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi üzrə işlərə start verilib.

Artıq Türkiyə tərəfdə işlərə başlanılıb. Layihə 223,9 kilometr uzunluğunda yüksək standartlı dəmir yolu xəttini əhatə edir və 5 il müddətində başa çatdırılması nəzərdə tutulub.

Bu istiqamətdə Azərbaycan tərəfinin hansı işlər gördüyü sualına cavab olaraq "Azərbaycan Dəmir Yolları"ndan (ADY) Trend-ə bildirilib ki, Naxçıvan Muxtar Respublikasında dəmir yollarının yenidən qurulması üçün texniki-iqtisadi əsaslandırma işləri başa çatdırılıb, layihəndirmə işləri davam etdirilir.

"Layihələndirmə mərhələsi başa çatdıqdan sonra tikinti işlərinə başlanılacaq, müasir tələblərə cavab verən dəmiryol şəbəkəsi qurulacaq.

Dəmiryol infrastrukturunun sağlamlaşdırılması və modernləşdirilməsində məqsəd həm sərnişinlərin, həm də yüklərin vaxtında və təhlükəsiz şəkildə mənzil başına çatdırılmasıdır.

Qars–Naxçıvan dəmir yolu layihəsi həyata keçirildikdən sonra bu xətt Orta Dəhlizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcək və nəticə etibarilə Muxtar Respublikanın regional əhəmiyyətini artıracaq", - qurumdan məlumat verilib.

Qeyd edək ki, türk KİV-ləri layihə çərçivəsində 10 körpü və 144 yeraltı keçidin inşa olunacağını yazıb. Qeyd edilib ki, dəmir yolu xətti saatda 160 kilometr sürət üçün nəzərdə tutulur. Yeni dəmir yolu xəttinin Bakı-Tbilisi-Qars dəmir yolu ilə inteqrasiyası da planlaşdırılır.

Digər xəbərlər
18:27 Ötən gün vətəndaşların bank kartlarından 32 min manatdan çox pul kiberüsullarla oğurlanıb
18:23 Sel nəticəsində ölən vəzifəli şəxs imiş
18:21 Qaraciyərin düşməni hesab edilir - Hər kəsin evində var
18:19 İsrail pasportu olanlara şok qadağa: Bu ölkəyə girişləri yasaqlandı
18:18 Zərərə görə ödənilən sığorta məbləği niyə artırılmır? - AÇIQLAMA
18:16 Pensiyalar yenidən artırılır
18:14 Əlilliyə görə təkrar yoxlamadan keçməli deyilsiniz - Bu halda müddətsizdir
18:11 Əhaliyə ŞAD XƏBƏR - Sabah səhər...