hemle

Ağdam-Xankəndi dəmir yolu ilə bağlı - Açıqlama

Tarix:22-12-2023, 11:51
Baxış Sayı:76

“Demək olar ki, artıq Ağdam şəhərinə qədər dəmir yolu çəkilib. Ümumi ox üzə 47,1 km uzunluğunda dəmir yolu xəttinin inşası yekunlaşmaq üzrədir”.

Bu sözləri “Azərbaycan Dəmir Yolları’’ QSC-nin (ADY) Tikinti layihələrinin idarə olunması departamentinin müdiri Tural Abbaslı deyib.

O bildirib ki, həmçinin Bərdə, Köçərli və Təzəkənd stansiyalarında tamamlanma işləri davam edir: “Ağdam dəmir yolu və avtovağzal kompleksinin isə layihəsi tamamlanıb, gələn ilin əvvəlindən tikinti işlərinin başlaması nəzərədə tutulub. 2024-cü ilin sonuna bu yolu tam bitirib təhvil verməyi düşünürük. Qeyd olunan yolun davamı olaraq, Ağdam-Xankəndi dəmir yolunun layihələndirmə işlərinə başlamışıq və artıq yerində baxış keçirilərək dəmir yolunun marşrutu ilkin olaraq müəyyən olunmuşdur. Gələn ildən bu yolun tikinti işlərinə başlamağı planlaşdırırıq. Bu xəttin əsas təyinatı Xankəndi və Şuşa şəhərlərinə, həmçinin ətraf kənd və qəsəbələrə sərnişinlərin və eyni zamanda yüklərin daşınması fəaliyyəti ilə bağlı olacaq. Bu isə öz növbəsində azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işlərinin daha da sürətlənməsinə təkan verəcəkdir.

Biz, həmçinin Yevlax-Bərdə layihəsinin (Bakı – Böyük Kəsik dəmir yolu xəttinin Qarabağa gedən qolu) texniki-iqtisadi əsaslandırılması işlərini də yekunlaşdırmışıq”.

Digər xəbərlər
13:20 Şəhid Mübariz Hüseynov dəfn olundu
11:25 “Azəriqaz” İstehsalat Birliyinin təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə tələbələrlə görüş keçirildi - VIDEO
10:08 50 yaşına qədər insult riskini iki dəfə artıran faktorlar
10:03 Birinci Kosmik Müharibəyə hazırlıq başladı - Yer orbitində peyklər VURULA BİLƏR
09:57 Rusiya və ABŞ fəlakət ssenarisinə hazırlaşır: Görün Marsda nə yaradacaqlar
09:52 Paşinyanın parlamentdə qəribə çıxışının səbəbi: son anda hansı xəbəri alıb?
09:39 Əsəd 500 min dolları və qiymətli əşyaları ölkədən belə çıxarıb
09:27 Azərbaycanlı haker xarici şirkətlərdən hansı məlumatları əldə edib və nə qədər pul qazanıb? - ŞOK FAKTLAR