hemle

Vəfat edən şəxsin pensiya kapitalı ailəsinə verilə bilər? - AÇIQLAMA

Tarix:Bu gün, 08:35
Baxış Sayı:501

"Dünyasını dəyişən vətəndaşlarımızın pensiya kapitalının bir hissəsinin onun vərəsəsinə verilməsi müzakirə edilən məsələlərdəndir".

Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, dünyasını dəyişən vətəndaşın pensiya ödənişlərinə diqqət yetirsək, dünyasını dəyişən vətəndaşlarımızın təxminən 40 faizinin pensiyasını onun vərəsəsi, yoldaşı və ya uşaqları alır:

"Mövcud qanunvericiliyə əsasən, dünyasını dəyişən şəxsin yoldaşı pensiya alırsa, həmçinin öz pensiyası azdırsa, ondan imtina edərək yoldaşının pensiyasından istifadə etmək hüququna malikdir. Eyni zamanda, 18 yaşına çatmamış övladları varsa, bu halda pensiya valideynini itirmiş şəxslərə ödənilir. Biz pensiya kapitalından istifadə ilə bağlı təkliflərimizi təqdim etmişik. Həm Sinqapur, həm də ABŞ modelindən istifadəni təklif edirik. Çünki hər iki modeldə pensiya kapitalının bir hissəsinin istehlaka yönəldilməsi imkanları var.

Təklifimiz ondan ibarətdir ki, yalnız minimum pensiya kapitalından deyil, həm də orta pensiya kapitalından istifadə olunsun. Yalnız dünyasını dəyişmiş vətəndaşlarımız üçün deyil, ümumiyyətlə, pensiya kapitalında yığım nəzərə alınmaqla istifadə imkanları verilməsini məqsədəuyğun hesab edirik".

Digər xəbərlər
08:45 Azərbaycanda bu cərimələr silinə bilər?
08:41 Vaşinqtonda təyyarə qəzasında ölən 41 nəfərin cəsədi tapılıb
08:37 Həkim uşaqların soyuqdəyməsindən danışdı: "Əslində soyuq hava xəstələndirmir"
08:35 Vəfat edən şəxsin pensiya kapitalı ailəsinə verilə bilər? - AÇIQLAMA
08:32 Bu gün Lənkəranın bəzi ərazilərində işıq olmayacaq
22:36 Çağırış yaşının azaldılması bu şəxslərə aid deyil
22:29 Alimlər ŞOKDA: Yadplanetlilər gəlir? - Vanqanın dedikləri həqiqət olur
22:18 Səhiyyə Nazirliyi məlumat yaydı: son bir ayda 82 plastik cərrah...