hemle

Pensiyalar nə qədər artacaq? - Deputatdan AÇIQLAMA

Tarix:29-12-2021, 11:58
Baxış Sayı:226

İndeksasiya sistemi qanunvericiliklə tənzimlənir. Mövcud qaydalara əsasən, pensiya məbləğləri əvvəlki ildə nominal orta aylıq əmək haqqındakı artım faizinə indeksasiya olunur. Yəni, 2021-ci ildə orta aylıq əmək haqqı nə qədər artıbsa, əmək pensiyaları o qədər indeksasiya olunur.

Bunu "Unikal"a açıqlamasında iqtisadçı deputat Vüqar Bayramov deyib. Deputat bildirib ki, pensiya kapitalı isə əvvəlki ildə infyasiya səviyyəsinə indeksasiya edilir.

"2022-ci ilin yanvar ayında pensiya kapitalının və məblğinin indeksasiyası həyata keçiriləcək. Hələ ki, 2021-ci ildə orta aylıq əmək haqqıda artım faizi tam elan olunmadığı üçün konkret rəqəm demək mümkün deyil. Gözlənti ondan ibarətdir ki, orta aylıq əmək haqqında 5,1 faiz artım qeydə alınacaq. Təklifimiz ondan ibarətdir ki, indeksasiya sistemində dəyişiklik olsun. Hazırda pensiya kapitalı inflyasiyaya, pensiya məbləği isə orta aylıq əmək haqqındakı artıma indeksasiya olunur. Yaxşı olardı ki, ümimiyyətlə indeksasiya olunan zaman hansı göstəricidə daha çox yüksək artım qeydə alınıbsa, ona indeksasiya olsun. Məsələn, 2021-ci ildə inflyasiya səviyyəsinin orta aylıq əmək haqqındakı artımdan çox olacağı gözlənilir".

Qeyd edək ki, 1 milyon 100 mindən çox pensiyaçının pensiyası gələn ildən indeksasiya nəticəsində artacaq.

Digər xəbərlər
12:23 92 fərdi evdə 400-ə yaxın sakinin yaşadığı bu kənddə qaz açılışı oldu - VİDEO
10:04 COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
10:01 Ukrayna Rusiyanın nə qədər ərazisinə nəzarət edir?
10:00 Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi
09:52 Vətəndaşların NƏZƏRİNƏ: bu əməliyyatı pulsuz etdirə bilərsiniz - VİDEO
09:50 Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı qapını kəsdirir
09:47 Yaxşı yatmağa kömək edəcək 3 "ŞAH" MƏHSUL
09:46 COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi - QƏTNAMƏ