Kimin yadına gəlir? Yaz gələndə kəndin uşağı-cavanı tökülərdi kövşənlərə... Xaçın çayının sahilinə... Dombalan yığmağa..ətin kilosu o vaxt 6 manat olanda Dombalanın kilosu 10-manatdan 15 manata qədər qalxardı.. Müqəddəs Peyğəmbərimiz Məhəmməd əleyhissalam buyurmuşdur ki, bu bitki Musa Peyğəmbərə Cənnətdən hədiyyə kimi göndərilmiş qüdrət halvası növündəndir.
Adalet.az xəbər verir ki, tərkibi sink elementi, əvəzolunmaz amin turşuları və zülalla, vitaminlərlə zəngin olan, bu bitki çox az ölkələrdə yetişir ki, bu ölkələrin arasında Azərbaycan da var.
Hazırda görünüşü daha çox kartofa bənzəyən bu bitkinin 1 kiloqramı 20-30manata satılır. Söhbət dombalan kimi tanınan göbələkdən gedir. Bu bitki heç bir qulluq tələb etmir, təbii şəraitdə yetişir. Yaz yağışı isə ona can verir. Yaz yağışlarının ardından torpağı şişirdib yetişdiyinə işarə verir. Elə buna da görədə ona el arasında dombalan da deyilir. Elm aləmi onu tryufel göbələyi kimi tanıyır. El arasında deyirlər ki, dombalan yeddi ildən bir çıxır. Amma elm adamları deyir ki, bu əslində dombalanın toxumlarının münbit şərait olmadıqda yeddi il cücərmədən qala bilməsi ilə əlaqədar yaranmış fikirdən irəli gəlir. O, vaxtında yığılmadıqda çürüyür və toxuma çevrilir. Bu əslində dombalanın toxumlarının münbit şərait olmadıqda yeddi il cücərmədən qala bilməsi ilə əlaqədar yaranmış fikirdən irəli gəlir.
Bu göbələk Avropa ölkələrində də məşhurdur, kürüdən sonra qiymətinə görə ikinci yerdədir. Hətta XV əsrdə tryufelin rahat tapılıb yığılması üçün müxtəlif heyvanlar da əhliləşdirilibmiş. Bu gün İspaniya, İtaliya və Fransada məşhur olan tryufel göbələyinin 1 kiloqramının qiyməti (növündən və ölçüsündən asılı olaraq) bir neçə min dollara çata bilir. Fransa, İtaliya, İspaniya, ərəb ölkələrində bu göbələkdən, xüsusilə tez-tez istifadə olunur və sevilir. Kilosu 2000 avro dəyərindədir. Tryufel yalnız bahalı elit restoranlarda desert kimi verilir, eyni zamanda gözəl ətri olduğundan az miqdarda yeməklərə qatılır. Fransız aşpazları onu "məhsulların almazı” və ya "kral göbələyi” adlandırırlar. İtaliyada bu göbələk əsasında çox effektli cavanlaşdırıcı kremlər istehsal olunur. Bu kremlərin qiyməti çox bahadır.
Qarabağ mətbəxinin vazkecilməz nemətlərindən olan dombalan-yer göbələyi bitkisindən ceşidli-dadlı yeməklər də hazırlanardı. Qarabağda da əsasən yaz yagışlarından sonra qumlu torpaqlarda, xüsusən caylaqlara yaxın ərazilərdə yetişir. O cümlədən, Qarabağ ərazisindən axan cayların əhatisində bu bitkiyə cox rast gəlinirdi.
Çox faydalı, bahalı və dəyərli bitkilərdən hesab olunur, dadlı qovurması, qizartması olur .
FAYDALARI:
Kişilərdə cinsi gücü artırır;
Qanda şəkəri aşağı salır;
Bədəni qüvvətləndirir;
Xolesterini aşağı salır;
Suyu göz xəstəliklərinə şəfadır.
Dombalan göbələynin bişirilmə qaydası:
Ərzaqlar:
2-3 ədəd dombalan göbələyi
1 ədəd quru soğan
2 qaşıq kərə yağı
2-3 ədəd yumurta
duz, istiot
istəyə bağlı keşniş şüyüt.
Hazırlanma qaydası:
Əvvəlcə quru soğanı doğruyub qızardırıq.Göbələyin qabığnı soyub nazik-nazik doğruyub soğanın üzərinə əlavə edirik.Göbələk yumşalana qədər qovruruq sora yumurta və göyərti əlavə olunur duz istiotuda unutmuyaq.
Əntiqə Rəşid