hemle

MAĞAZALARDA GEYİM PROBLEMİ- YAZ PALTARLARI YOXDUR

Tarix:11-05-2020, 16:48
Baxış Sayı:545

Azərbaycan ərazisində koronavirusa yoluxma halları qeydə alındıqdan sonra ölkədə xüsusi karantin rejimi elan edildi. Nəticədə, bütün restoranlar, salonlar, bərbərxanalar və geyim mağazaları bağlandı.

Bir müddət sonra xüsusi karantin rejimi yumşaldıldı və qışda bağlanan geyim mağazaları yazda açıldı.

Satıcılar isə satışda mövsümə uyğun paltarların olmadığını, 40 gündən çoxdur ki, mal gətirmədiklərini bildirirlər.

Baş çəkdiyimiz mağazaların əməkdaşları vurğulayıb ki, onlarda olan malların əksəriyyəti qış paltarlarıdır, gələn müştərilər isə yaz paltarları istəyir.

Bəzi satıcılar qeyd edib ki, “Sədərək” ticarət mərkəzində yerləşən anbarda yaz paltarları olsa da, hələlik onları götürməyə icazə yoxdur:

“Anbardan paltarları götürməyə mayın 15-dən sonra icazə veriləcək”.

Qeyd edək ki, mağazalarda soyunub-geyinmə otaqlarından istifadənin qadağan edilməsi barədə məlumat paylaşılıb. Bunun səbəbi qapalı, dar məkandan istifadənin infeksiyanın yayılmasına şərait yaratmasıdır.oxu.az

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
22:20 Dünyanı gözləyən növbəti dəhşətli təhlükə
22:17 Prezident TƏSDİQLƏDİ - Azərbaycanda abidələrə vahid qaydada pasport veriləcək
22:15 Azərbaycandan getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndərilməsi qüvvəyə minib
22:11 Türkiyədə GÜCLÜ YANĞIN: çox sayda xəsarət alan var
22:07 “Azərbaycan tarixi xəritələrdə” - Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb
22:05 Ermənilər Qarabağda “parad” üçün silahları bu ölkədən gətiriblər - Məhkəmədə ETİRAF
22:02 Paşinyan Ərdoğana zəng etdi: Sülh müqaviləsini müzakirə etdilər
21:59 Emosional insanlarda təhlükəli xəstəlik riski var: XƏBƏRDARLIQ