hemle

Gənc nəsil üçün iki əsas təhlükə: Sosial media və mərc oyunları

Tarix:14-01-2025, 16:50
Baxış Sayı:441

"Son illərdə gənc nəsil iki əsas təhlükə ilə sosial media xüsusilə "TikTok"un mənfi təsirləri və mərc oyunlarının cazibədar, amma zərərli tələləri ilə  üz-üzə qalırlar. Hər iki faktor onların intellektual və mənəvi inkişafına ciddi zərbə vurur".

Bu barədə təhsil eksperti Kamran Əsədov deyib.

O bildirib ki, "TikTok"un yaydığı asan əyləncə şagirdlərin diqqətini uzunmüddətli məqsədlərdən yayındırır. Təhsil üçün vacib olan konsentrasiya və dərin düşüncə qabiliyyətlərini itirən gənclər, günümüz trendlərinə qapılaraq vaxtlarını mənasız videolarla keçirirlər. Bununla yanaşı "TikTok"da yayılan qeyri-sağlam məzmun onların əxlaqi dəyərlərini zəiflədir.

"Tələbələr arasında mərc oyunlarının artması isə ayrı bir faciə olaraq qarşıya çıxır. Gələcəyini qurmağa çalışan gənclər, bu oyunlara aludə olaraq maddi və mənəvi cəhətdən böyük itkilər yaşayırlar. Tələbə kreditləri və ya ailə büdcəsini riskə atan gənclər, qumar tələsinə düşərək həyatlarını və gələcəklərini məhv edirlər.

Bu problemlərin qarşısını almaq üçün yalnız valideynlər deyil, cəmiyyətin hər bir üzvü məsuliyyət daşıyır. Sosial media və mərc oyunlarının yaratdığı təhlükələr barədə maarifləndirmə kampaniyaları keçirilməli, gənclərə sağlam həyat tərzi və məqsədyönlü düşüncə öyrədilməlidir. Əks halda, bu tələlər gələcək nəsilimizi ciddi şəkildə mənfi təsir altına alacaq".

Digər xəbərlər
13:57 Pensiyaya əlavələr ediləcək - 6 ildən bir, 2 dəfə
13:49 Bu şəxslər mediator ola bilməyəcəklər - SİYAHI
13:45 Sabah havanın temperaturu 29 dərəcəyədək yüksələcək
13:41 Ermənistanda “Qarabağ separatçıları"na növbəti zərbə - Ləğv EDİLDİ
13:34 Mərkəzi Bankın yeni binası təhvil verilir
13:19 GƏRGİN DEBAT: Putin AQRESSİVLƏŞDİ, Qərb ŞOKDA, müharibə ŞİDDƏTLƏNDİ – SAVAŞ NİYƏ ALOVLANDI?
23:35 İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibə verib
23:35 Emin Əmrullayevdən kurikulumlarla bağlı YENİ QƏRAR