hemle

Rusiyada gərginlik: təhlükəsizlik rəsmiləri Putinə çağırış etdi - Müharibəni genişləndir!

Tarix:Bu gün, 13:35
Baxış Sayı:503




Rusiyanın yüksək rütbəli təhlükəsizlik və hərbi rəsmiləri Ukraynada hərbi əməliyyatların genişləndirilməsinin tərəfdarıdırlar.

Xəbərin mənbəsi Müharibə Tədqiqat İnstitutudur (Institute for the Study of War).

Qeyd edilir ki, Rusiya təhlükəsizlik qüvvələri müharibənin danışıqlar yolu ilə həllini axtarmaqdansa, Ukraynada hərbi əməliyyatların intensivləşdirilməsini zəruri hesab edir.

Ruslar etiraf edir ki, onların qoşunları canlı qüvvə və texnika itkiləri ilə mütənasib olaraq əhəmiyyətli ərazi uğurları da əldə etmir. Buna baxmayaraq, Rusiya hərbi komandanlığı taktiki, lakin operativ olmayan nailiyyətlər müqabilində əhəmiyyətli şəxsi itkilər verməkdə davam edir.

Rusiya bu itkilərə görə müharibəni bitirməyə hazır deyil. Əvəzində Putini müharibə səylərini artırmağa, ehtiyat olaraq qismən çağırış etməyi, döyüş meydanını adamlar və texnika ilə doldurmağı təklif edirlər.

Digər xəbərlər
13:55 Rusiyanın BRİKS qeyri-müəyyənliyi: Türkiyəyə tələ qururlar?
13:47 Azərbaycan artım tempinə görə MDB ölkələrini qabaqlayacaq
13:39 Baş ağrılarını həkimə getmədən sağaltmanın yolları
13:35 Rusiyada gərginlik: təhlükəsizlik rəsmiləri Putinə çağırış etdi - Müharibəni genişləndir!
13:14 Bakıda tramvay bu ərazilərdə olacaq - AÇIQLANDI
10:22 Sosial mediada aktivliyi olmayan şəxsə kredit verilməyə bilər YENİ TƏLƏB
10:17 SAHİB ƏLİYEVİN AD GÜNÜ
10:14 Stress evimizi necə yıxır?