hemle

SAHİB ƏLİYEVİN AD GÜNÜ

Tarix:Bu gün, 10:17
Baxış Sayı:567


Mən nə vaxt yaxşı şeir haqqında fikirləşmək istəyəndə, ilk növbədə, Sahib Əliyevin şeirləri gəlib durur gözlərimin qabağında. Ona görə ki, onun şeirləri həqiqətən mənə xoş gəlir. Bu şeirlərdən aydın olur ki, o, yaxşı yazmağın sirlərini yaxşı bilir və həmin sirləri oxucunun diqqətinə çatdırmağı yaxşı bacarır. Sevinirəm ki, bu gün bu yaxşı yazan şairin ad günüdür. Elə bu ad günündə də onun qısa tərcümeyi - halını yada salmaq istəyirəm.

O, Yardımlı rayonunun Bilnə kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirdikdən sonra bir müddət Yardımlı şəhər 1 saylı tam orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmiş, sonra üç il rayon komsomol komitəsinin birinci katibi olmuş, düz 31 il isə rayonda çıxan “Zirvə” qəzetinə baş redaktorluq etmişdir. Nəhayət, Bakıya gəlmiş, əvvəlcə “Siyasət” nəşriyyatına, sonra Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının nəşriyyatına direktorluq etmişdir.

Sevindirici cəhət odur ki, Sahib müəllim nümunəvi işi ilə həmişə diqqəti cəlb etmiş və bunun nəticəsində də Azərbaycan İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə “Qızıl qələm” mükafatı laureatı olmuş, Azərbaycan Rspublikası Prezidentinin fərmanı ilə pespublikanın Əməkdar jurnalisti fəxri adına layiq görülmüş, habelə, bir sıra medallar və fəxri fərmanlarla təltif edilmişdir.

Sahib Əliyev harada işləməsindən asılı olmayaraq, bədii yaradıcılığa möhkəm bağlanmış, əsas gücünü poeziyaya vermişdir. Şeir və hekayələri müntəzəm olaraq müxtəlif qəzet və jurnallarda dərs olunur, radio və televiziyalarda səslənir, sosial şəbəkələrdə yayılır. Hazırda 26 kitabın müəllifidir, dörd ciliddən ibarər “Seçilmiş əsərləri” vardır. Onun kitablarında gedən şeir və poemalarda xalq ruhu var, misralar yüksək poetik ahəngə bürünsə də, dil sadədir, tez başa düşülür və oxucunun qəlbinə tez girə bilməyi bacarır. Həmin şeirlərin hər biri də mövzu aktuallığı ilə seçilir və yüksək tərbiyəvi xarakter daşıyır.

Bütün bu cəhətlərə görədir ki, Sahibin yaradıcılığı adi oxucularla yanaşı, ədəbi tənqidlə məşğul olan mütəxəssislərin də diqqətini cəlb edir.Onun yaradıcılığı haqqında qəzet və jurnallarda gedən çoxsaylı məqalələrlə yanaşı, ayrı-ayrı nəşriyyatlar tərəfindən çap olunmuş kitablarda da geniş işıqlandırılır. Konkret desək, indiyədək şairin yaradıcılığından bəhs edən 6 kitab nəşr edilmişdir. Ayrı-ayrı tənqidçilər, görkəmli alimlər, ədəbiyyatdan başı çıxan başqa mütəxəssislər bu kitablarda gedən yazılarında Sahib Əliyevin yaradıcılığını yüksək qiymətləndirir, ona yüksək dəyər verirlər. Onların yazılarında şairin şeirlərindəki vətənpərvərlik, insanlara yüksək əxlaqı keyfiyyətlərin aşılanması, həyata, dünyaya bağlılığın sirləri, yaradıb-qurmağa həvəsin yüksəldilməsi və insan üçün vacib olan başqa məsələlərin həlli çox aydın dillə təhlil olunur. Müəlliflər oxucuları çox aydın dillə başa salırlar ki, Sahibin şeirlərində hər misra düşündürücü, hər bənd kəsərlidir. Şair mətləbi uzatmır, qısa və konkret yazır, yazdığı şeirlərin dili olduqca şirindir.

Bütün bunlar da aydın sübut edir ki, Sahib Əliyev müasir Azərbaycan poeziyasının sayılıb-seçilən nümayəndələrindən biridir. Buna görə də onu ad günü münasibətilə təbrik edir və ona uzun ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.














Hüseyn İsaoğlu, yazıçı - publisist,
AYB - nin və. AJB-nin üzvü.

Digər xəbərlər
13:55 Rusiyanın BRİKS qeyri-müəyyənliyi: Türkiyəyə tələ qururlar?
13:47 Azərbaycan artım tempinə görə MDB ölkələrini qabaqlayacaq
13:39 Baş ağrılarını həkimə getmədən sağaltmanın yolları
13:35 Rusiyada gərginlik: təhlükəsizlik rəsmiləri Putinə çağırış etdi - Müharibəni genişləndir!
13:14 Bakıda tramvay bu ərazilərdə olacaq - AÇIQLANDI
10:22 Sosial mediada aktivliyi olmayan şəxsə kredit verilməyə bilər YENİ TƏLƏB
10:17 SAHİB ƏLİYEVİN AD GÜNÜ
10:14 Stress evimizi necə yıxır?