hemle

Bakıda tikiləcək 10 yeni metrostansiya bu ərazilərdə olacaq - XƏRİTƏ

Tarix:Dünən, 14:27
Baxış Sayı:443

Bakıda 10 yeni metro stansiyası inşa ediləcək.

Bu barədə Prezident İlham Əliyev ötən gün yerli televiziya kanallarına müsahibəsində açıqlayıb. Dövlət başçısı qeyd edib ki, yeni inşa ediləcək metro stansiyalarının yerləri artıq seçilib və bu ildən başlayaraq artıq investisiyalar da qoyulacaq.

Qeyd edək ki, Bakı metropoliteninin hazırda 27 stansiyası, 2 elektrik deposu və 40,7 kilometr uzunluğunda 3 xətti var.

Yeni 10 stansiyadan 6-sının “Bənövşəyi xətt” üzərində tikiləcəyi gözlənilir. Hazırda Cəlil Məmmədquluzadə küçəsində 4-cü stansiyasının tikintisi davam edir. Şərti olaraq "B4"-"B5"-"B?"-"B6"-"B7"-"B8" adlandırılan stansiyaların tikilib başa çatmasından sonra Xocaəsəndən başlayan “Bənövşəyi xətt” Ağ Şəhərə qədər davam edəcək.

Foto: Prezident İlham Əliyevə təqdim edilən metronun inkişaf planı

Yerdə qalan 4 stansiyanın “Yaşıl xətt” üzrə tikilməsi nəzərdə tutulub. Tikintinin başa çatmasından sonra “Xətai” stansiyası “Həzi Aslanov”la birləşəcək.

Konseptual sxemə görə, “Yaşıl xətt” Xətai, Nəsimi, Yasamal, Binəqədi, Nəriman Nərimanov, Nizami, Sabunçu və Suraxanı rayonlarını əhatə etməklə, ümumi uzunluğu 41,8 km olacaq . Perspektiv inkişaf planına uyğun olaraq, gələcəkdə bu xətt üzrə Bakı metrosunda ilk dəfə qatarların dairəvi hərəkəti təşkil olunacaq. 23 stansiyası olacaq xəttin hazırda 10 stansiyası istismardadır. Xəttin bir elektrik deposu inşa olunur, daha biri isə layihələndirmə mərhələsindədir.

Müxtəlif texniki həllərdən asılı olaraq 10 stansiyanın tikintisi üçün 3.8-4 milyard dollar investisiya lazımdır. Layihənin gözlənilən 3 əsas təsiri var:

- Sumqayıt və Xırdalan istiqamətindən olan sərnişin axını şəhərin mərkəzi ilə daha optimal əlaqələndirilir.

- Xətai rayonu şəhərin mərkəzi ilə daha optimal əlaqələndirilir.

- Müxtəlif mobillik təşəbbüslərinin icra vəziyyətindən asılı olaraq il ərzində əlavə 40-120 milyon sərnişin daşınması imkanı yaradılır.

Prezident İlham Əliyev mətbuata açıqlamasında bildirib ki, bir çox müasir texnologiyalara əsaslanan yeniliklər tətbiq edilir və ediləcək: “Yəqin ki, 10 stansiyanın tikintisi, bəlkə də beş il çəkər. Amma yolların çəkilişi daha az. Azərbaycan ictimaiyyəti təbii olaraq bu məsələlərlə bağlı daim məlumatlandırılacaq”.

Digər xəbərlər
10:08 Paşinyan Əliyevin növbəti tələbini bu gün qəbul etdi - Erməni deputat detalları açdı
22:48 Gürcüstanda matəm elan olundu
22:45 Boşanmaq istəyənlər bunları bilməlidir - Azərbaycanda YENİ QAYDALAR
21:43 Zəngəzur dəhlizi üçün 2025-ci il niyə önəmlidir? - Əliyevin mesajının şifrələri
15:01 Onların kredit borcları silindi
14:58 Makronun maniakal "erməni sevgisi" Fransaya necə zərbələr vurur?
14:55 Şəkərsiz adı ilə aldığımız məhsullar zəhər saçırmış
14:52 Azərbaycan Afrikada saxlanılan gəmilərlə bağlı NOTA VERDİ